Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 2-ci Qurultayı keçiriləcək
8 aprel 2014-cü il tarixdə Ukraynanın Vinniça şəhərində Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) 2-ci Qurultayı keçiriləcək. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) İctimai əlaələr üzrə katibi Yuliya Mamay məlumat verib. Y.Mamay qeyd edib ki, UQTMŞ-nın 2-ci Qurultayında Ukraynadakı ictimai-siyasi vəziyyət, Krımın Rusiya tərəfindən işğalı və 25 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər müzakirə ediləcək. Həmçinin yeni tərkibdə UQTMŞ Rəyasət Heyəti və UQTMŞ Sədri seçiləcək. Qurultayda Ukraynanın Qarapapaq türklərinin Doneçk, Xarkov. Dneprepetrovsk, Luqansk, Sumı, Kiyev və Lvov regionlarından seçilmiş nümayəndələri iştirak edəcək. Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) 17 iyun 2012-ci ildə Ukrayna Qarapapaq Türklərinin Kiyevdə keçirilən Ümumukrayna Məclisində təsis edilib. UQTMŞ-nın 1-ci Qurultayı 5 sentyabr 2013-cü ildə Ukraynanın Çerniqov şəhərində keçirilib. 2012-ci ildən Ukrayna Qarapapaq Türkləri Milli Şurasına Daşqın Gülməmmədov rəhbərlik edir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR