Məzahir Pənahov vəzifədən gedir? - AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il vəzifədən gedə bilər. Belə ki, Seçki Məcəlləsinə görə, yeni parlament formalaşdırıldıqdan sonra MSK-nın səlahiyyət müddəti bitir.
Məsələ ilə bağlı "MediaPost”a danışan hüquqşünas Akif Qurbanov MSK-nın tərkibinin formalaşdırılmasının hüquqi tərəflərindən bəhs edib:
"Mərkəzi Seçki Komissiyasının üzvləri 18 nəfərdən ibarətdir. Seçki Məcəlləsinə görə, MSK-nın 6 nəfər üzvü parlament çoxluğundan, yəni Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən, 6 nəfəri parlamentdə olan bitərəf deputatların irəli sürdüyü namizədlərdən, 6 nəfəri isə parlamentdə azlıqda olan bir-iki deputat yeri olan partiyalardan formalaşır.
MSK sədri isə komissiyanın üzvləri içərisindən seçilir. Qanunvericiliyə görə, sədr çoxluğun - YAP-ın nümayəndələrindən biri olmalıdır”.
Hüquqşünasın sözlərinə görə, MSK sədrinin səlahiyyət müddəti anlayışı yoxdur:
"Əslində, qanuna görə, MSK üzvlərinin səlahiyyət müddəti var. MSK sədrinin səlahiyyət müddəti isə MSK üzvlərinin səlahiyyət müddəti çərçivəsində həll olunur. Komissiyanın səlahiyyət müddəti 5 il - yeni parlament formalaşdırılana qədər davam edir. Yeni parlament seçiləndə artıq komissiya üzvləri ye
Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib və MSK-nın sədri seçilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR