"İrəli"yə yeni sədr seçildi
"İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
ANS PRESS-in məlumatına görə, konfransda birliyinin sədri vəzifəsinə Mirhəsən Seyidovun namizədliyi irəli sürülüb. Öz platformasını təqdim edən Mirhəsən Seyidov gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb.
Daha sonra "İrəli" İctimai Birliyinin sədri vəzifəsinə səsvermə keçirilib. Təşkilat üzvləri yekdilliklə Mirhəsən Seyidovu birliyin yeni sədri seçib.
Bununla da "İrəli" İctimai Birliyinin IV Hesabat-Seçki Konfransına yekun vurulub.
Qeyd edək ki, Mirhəsən Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR