» » Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA + YENİLƏNİB

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA + YENİLƏNİB

Müəllif: Səma Zərdablı
//
Tarix: 10 mart 2020
//
Bölmə: Sosial
 Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini dayandırıb? - AÇIQLAMA + YENİLƏNİB



Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətini dayandırması barədə yayılan məlumatlara münasibət bildirilib.

Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev Oxu.Az-a açıqlamasında deyib ki, hazırda məhkəmə fəaliyyətini davam etdirir və yayılan məlumat yalandır:

“Bu barədə hələlik qərar yoxdur. Bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək”.

16:07

Bakı Ağır Cinayətlər Məhkəməsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Oxu.Az xəbər verir ki, koronavirusla əlaqədar məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bildirilir ki, yalnız bəzi vacib işlərə baxılacaq, məhkəmə işçiləri iş yerlərinə gələcək. Ancaq proses iştirakçıları qismində sakinlərin iştirakına qadağa qoyulub.

Qeyd edək ki, bu barədə ilk məlumatı News24.az yayıb
banner125x125 banner125x125