» » Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından YENİ XƏBƏR

Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından YENİ XƏBƏR

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 fevral 2020
//
Bölmə: Sosial


Bakıda 126 minlik dələduzluqda təqsirləndirilən qadından YENİ XƏBƏR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Qafqazpress.az "oxu.az”a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Panfilova dörd epizodun üçündə təqsirsiz bilinib. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb. Qadın məhkəmə zalından azadlığa çıxıb.Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova beş il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş qadın məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib.
O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.
İstintaq və məhkəmə dövründə V.Panfilovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
banner125x125 banner125x125