» » “Cinayət işində intim epizodlar olduğu üçün...” - Məhkəmə prosesi

“Cinayət işində intim epizodlar olduğu üçün...” - Məhkəmə prosesi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 14 iyun 2016
//
Bölmə: Kriminal
“Cinayət işində intim epizodlar olduğu üçün...” - Məhkəmə prosesi









Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İran vətəndaşı, 1986-cı il təvəllüdü Əqilli Səidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə hazırlıq keçirilib.

S.Əqilli Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. O, intim əlaqədə olduğu qadınları şantaj edib.

Təqsirləndirilən şəxs bildirib ki, İranda anadan olsa da, sonradan Azərbaycana köçüblər və 4-cü sinifdən Azərbaycanda məktəbə gedib.

Onun vəkili Ceyhun Yusifov vəsatət verərək cinayət işində intim epizodların olması səbəbi ilə məhkəmə prosesinin qapalı keçirilməsini istəyib.

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə kollegiyasının qərarı ilə vəkilin vəsatəti təmin edilib və məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verilib.

Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.
banner125x125 banner125x125