» » Xəstəxana, arxiv şəkliÜST nümayəndəsindən koronavirusla bağlı acı etiraf

Xəstəxana, arxiv şəkliÜST nümayəndəsindən koronavirusla bağlı acı etiraf

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 mart 2020
//
Bölmə: Sosial
Xəstəxana, arxiv şəkliÜST nümayəndəsindən koronavirusla bağlı acı etiraf


"Qeyd edim ki, hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə əmin ola bilmirik ki, havalar qızdıqca virus yox olacaq, ya yox" - Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda koronavirusla bağlı vəziyyəti qiymətləndirib. Azərbaycan-ın xəbərinə görə, H.Harmancı yaz aylarında koronavirusun azalacağına ümid etdiyini bildirib: "Bu, yeni virus olduğu üçün onunla necə davranacağımızı bilmirik. Bu səbəbdən də gözləməliyik ki, görək".
O, havaların istiləşməsi ilə virusun yoxa çıxabiləcəyinə də münasibət bildirib: "Qeyd edim ki, hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə əmin ola bilmirik ki, havalar qızdıqca virus yox olacaq, ya yox".
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus yayılandan bəri nə turizmə, nə də ticarətə məhdudiyyət qoyub. Biz tək-tək hər kəsə nə etməli olduğunu deyə bilmərik. Amma onu deyə bilərik ki, nə ticarətin, nə də turizmin qarşısı alınmamalıdır”.


banner125x125 banner125x125