Azərbaycanda qadınlar kişilərdən çox yaşayır - ÜST
Azərbaycanda kişilərin gözlənilən ömür uzunluğu 69,6 il, qadınlarda isə təqribən 76 ildir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni məruzəsindən sitat gətirən BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, 2000-ci ildən bu yana dünyada gözlənilən orta ömür uzunluğu 5 il artıb və ötən il doğulan uşaqlar üçün 71 ilə çatıb. Stefan Döjarrik bildirib ki, insanlar daha çox Yaponiya və İsveçrədə, ən az isə Syerra-Leonedə yaşayırlar.
"Ümumdünya Səhiyyə Təşkilatı bu gün məlumat verdi ki, dünyada gözlənilən orta uzunömürlülük həddi 2000-ci ildən 5 il artıb. Bu, 1960-cı ildən ən kəskin artımdır", - deyə o bildirib.
BMT rəsmisinin sözlərinə görə, qlobal göstəricilərə əsaslanaraq, 2015-ci ildə anadan olmuş uşağın gözlənilən ömür müddəti 71,4 il təşkil edir. Bununla yanaşı qız uşağı 74 il, oğlan isə təqribən 69 il yaşaya bilər.
Eyni zamanda ÜST ekspertləri real göstəricinin insanın nə dərəcədə əlverişli ölkədə dünyaya gəlməsindən asılı olduğuna diqqət çəkirlər.
Stefan Düjarrikin məlumatına görə, qadınların ən yüksək orta uzunömürlülük səviyyəsi Yaponiyada (86,8 il), kişilərdə isə İsveçrədə (81,3) qeydə alınıb. Ən az uzunömürlülük Syerra-Leonedədir - qadınlarda 50, kişilərdə 49 yaş.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR