İsmayıllıda ad günü təşkil edənlər cərimələndi - VİDEO
İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin karantin qaydalarını pozaraq, qızına doğum günü məclisi təşkil etdiyi məlum olub.
Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR