Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldı
Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.
Qafqazpress.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.
Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib: “Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.
Vaan Badasyan Qarabağ terrorçularının qurduğu qondarma “parlamentin keçmiş deputatı” olub.
Yerli mətbuatın yazdığına görə, o, MTX-yə aparılarkən bir daha hədələrini təkrarlayıb: “Bəli, mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır”
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR