Düşmənin dinc sakinləri atəşə tutduğu qadağan olunmuş raketlər - VİDEO
Ermənistan ərazisindən Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalır.
Korrupsiya-q.az baku.ws-ə istinadən xəbər verir ki, düşmən bu hücumlar zamanı qadağan olunmuş silahlardan istifadə edir.
Hərbi ekspert Ruslan İmamquliyev bildirib ki, düşmənin istifadə etdiyi silahların müxtəlif xüsusiyyəti var:
"İstifadə olunan silah növü "Skad" raketləri ola bilər. Bu raketlər 300 kilometr dərinliyə qədər istifadə edilə bilər. Əgər işğal olunan ərazilərimizdən atılacaqsa, "Toçka U" və "Smerç" raketlərindən istifadə oluna bilər. "Smerç"lər ümumiyyətlə 90 kilometrə qədər atəş zərbələri endirə bilir. "Toçka U" da eyni şəkildə modifikasiyasına uyğun olaraq 120-185 kilometrə qədər atəş zərbərləri endirə bilir".
"Skad" raketləri
Skad - Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).
"Smerç" raketləri
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. "Smerç" qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir.
"Toçka U" raketləri
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79-1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.
Kompleksə daxildir:
9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər;
Atıçı qurğu 9P129 (9PП129М-1);
Nəqledici-yükləyici maşın 9Т218;
Nəqledici maşın 9Т238;
Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819-1;
Texniki xidmət maşını 9V844;
Arsenal qurğusu komlekti 9F370-1.
Kolomna KBM-də dörd növ raket hazırlanmışdır:
Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79
Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 1
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR