» » Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir - FOTO

Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 oktyabr 2020
//
Bölmə: Sosial
Bakıdakı “Cafe Anderson” brendin yaradıcısının ermənipərəst mövqeyinə görə adını dəyişir - FOTO


Bakıda fəaliyyət göstərən “Cafe Anderson” kafesi bu şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirlərini əsas gətirərək sözügedən brendin adından istifadə etməkdən imtina etdiyini bildirib.
Bununla bağlı “İnstagram” hesabından paylaşım edilib.
Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar və onların franşizasından imtina etsinlər.
O da vurğulanıb ki, tezliklə kafenin adı dəyişdiriləcək.
Qeyd edək ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib.

HÖRMƏTLİ DOSTLAR❗️ "Cafe Anderson" şəbəkəsinin qurucusu Anastasiya Tatulovanın Azərbaycan-Ermənistan münaqişəsi ilə əlaqəli mövqeyi və ŞƏXSİ FİKRİNİ BİLDİRMƏSİ ilə əlaqədar Bakıdakı kafe sahibləri İŞLƏRİNİ ANDERSON franşızası ilə tamamiylə kəsmək qərarına gəldilər. Kafenin adı tezliklə dəyişdiriləcək. Narazılığınızı başa düşürük və sizinlə bölüşürük. Təşəkkürlər!
banner125x125 banner125x125