Anasını itirən bu balaca orduya 233 AZN BAĞIŞLADI-FOTO
Millət vəkili Kamal Cəfərov sosial şəbəkə hesabında 6 yaşlı Sabirabad sakini Aynurla bağlı maraqlı paylaşım edib.
Qafqazpress.az BiG.AZ - a istinadən xəbər verir ki, millət vəkili Aynurun şəklini paylaşaraq, bunları yazıb:
"Şəkildə gördüyünüz Sabirabad şəhər sakini 6 yaşlı Aynurdur. Atası ilə söhbət zamanı öyrəndik ki, anasını itirib. Aynur anası üçün dövlətdən aldığı 233 AZN müavinatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.Soruşanda deyir ki, "şəhid" və "əsgər" sözlərinin nə demək olduğunu yeni öyrənib. Rayona şəhidlərin gətirildiyini biləndən sonra atasına deyib ki, kömək edək, əsgərlər güc qazansın.
Vətən kiçikdən böyüyə belə vətəndaşların həmrəyliyi ilə var olur!
Kiçik Aynurun Böyük Ürəyi"
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR