» » Daha bir nazirlik vətəndaş qəbulunu dayandırdı

Daha bir nazirlik vətəndaş qəbulunu dayandırdı

Müəllif: Səma Zərdablı
//
Tarix: 02 noyabr 2020
//
Bölmə: Sosial

Daha bir nazirlik vətəndaş qəbulunu dayandırdı


Energetika Nazirliyi Nazirlər Kabinetinin 16 mart 2020-ci il tarixli tapşırığına uyğun olaraq, koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaş qəbullarının keçirilməsini dayandırıb.
Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib.
Məlumata görə, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.
banner125x125 banner125x125