» » Cüt maska taxanlarda digər xəstəliklər yarana bilər - HƏKİM MƏSLƏHƏTİ

Cüt maska taxanlarda digər xəstəliklər yarana bilər - HƏKİM MƏSLƏHƏTİ

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 dekabr 2020
//
Bölmə: Sosial
Cüt maska taxanlarda digər xəstəliklər yarana bilər - HƏKİM MƏSLƏHƏTİ


Xroniki xəstəliyi olan insanlar cüt maskadan istifadə edərlərsə, problemlərlə qarşılaşa bilərlər.

Qafqazpress.az xəbər verir ki, bu barədə Ankara xəstəxanasının həkimi professor Hakan Oğuztürk deyib. O bildirib ki, ürək xəstəlikləri, xroniki ciyər xəstəliyi, asma, bronxit və başqa bu kimi xəstəlikləri olan insanlarda ağciyər öz funksiyasını tam olaraq yerinə yetirə bilmir. Əgər hər hansı bir insanda əvvəldən mövcud olan oksigen problemi varsa, o, cüt maska ilə nəfəs alımını daha da çətinləşdirir. Nəfəs darlığı və tənəffüs çətinliyi daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər.
"Bir çox ölkədə maska ilə idman edərkən infarkt keçirən, nəfəs darlığı yaşayıb həyatını itirən insanlar var. Çünki idman edərkən maska taxmaq bədənin oksigen ehtiyacının azalmasına səbəb olur", - deyə H.Oğuztürk(Redaktor.az)

Sonxeber.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125