Azərbaycanlılar Şurnuxdadır: kəndin yarısını istəyirlər – İcma rəhbəri
Hazırda azərbaycanlılar Şurnux kəndində delimitasiya işləri aparırlar.
Qafqazpress.az xəbər verir ki, bunu Şurnux kənd icmasının rəhbəri Akop Arşakyan deyib. Azərbaycanlıların 20 dəqiqə əvvəl gəldiyini deyən Arşakyan onların 12 ev tələb etdiyini bildirib.
O, hazırda danışıqların davam etdiyini söyləyib.
Arşakyan GPS əsasında sərhədin müəyyənləşməsi aparılacağı təqdirdə Azərbaycana kəndin yarısının keçəcəyini bildirib. (axar.az)
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR