Ucarın icra başçısı 3 kəndin sakinləri ilə görüşüb
Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 22 yanvar 2020-ci il tarixdə rayonun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə (Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kəndlərini əhatə edən) nümayəndəliyində baş tutub.
Ucar RİH-dən Azadinform-a verilən məlumata görə, Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən qəbulda 89 nəfər iştirak edib.
Mənsur Məmmədov vətəndaşlarla görüşdə onların problemlərini dinləyib, təklif və qayğıları ilə maraqlanıb.
Görüş Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırığına əsasən reallaşıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR