Osmanlının sağ nümayəndəsi Mustafanın ölümünə görə təhqir olundu
“Səhər 4-ə qədər telefonum susmadı, sosial paylaşım saytlarından tutmuş mobil telefona qədər hər tərəfdən təhqirlər yağdı"
Türkiyədə nümayiş olunan “Muhteşem yüzyıl” serialında şahzadə Mustafanın ölüm səhnəsindən sonra Osmanlı xanədanlığının nümayəndələri təhdid və təhqirlərə məruz qalıblar.
Anspress-in xəbərinə görə, II Ədülhəmidin nəvəsi Harun Əbdülkərim Osmanoğlu və onun oğlu Orxan Osmanoğlu başlarına gələnləri “Əl-Cəzirə” kanalına danışıblar. Həmin seriyanı özünün də izlədiyini deyən Osmanoğlu ən yaxın dostlarının belə onu təhqir etdiyini bildirib.
“Səhər 4-ə qədər telefonum susmadı. Sosial paylaşım saytlarından tutmuş mobil telefona qədər hər tərəfdən təhqirlər yağdı. Ən yaxın dostumdan belə məni incidəcək mesajlar aldım. Telefonun səsini azaltım, amma yenə də yata bilmədim. Misal üçün, “Hürəmin toxumlarısınız, soyunuz budur”, “Heç yazığınız gəlmədimi?”, “Səltənət sürsəydiniz, kim bilir neçə oğlunuzu öldürərdiniz” və s. deyirlər. Bəzi mesajlar barədə isə heç danışmaq istəmirəm. Necə ola bilər ki, 500 il əvvəl baş vermiş hadisənin əks-sədası bu gün bu qədər çıxır?”
Orxan Osmanoğlu da filmə baxdığını və baş verənlərin ona pis təsir etdiyini deyir.
“Biz də insanıq. Mən atayam və filmə baxanda çox üzüldüm. Oğlumun başına milçək qonsa, milçəyi necə qovacağımı fikirləşirəm. Filmə baxmaq belə heç də asan deyildi. Özümü şahzadə Mustafanın yerində düşünmək istəmirəm”.
Serialın 3 ildir davam etdiyini və Osmanlı xanədanının ancaq bu filmlə xatırlandığını deyən Orxan Osmanoğlu buna görə çox təəssüf hissi keçirdiklərini deyir. O, ssenaridə olan səhvlərə görə isə məhkəməyə müraciət etmək fikirləri olmadığını bildirib.
"Oradan yüzlərlə insan çörək yeyir. Biz bəyənək, ya da bəyənməyək, heç kimin çörəyi ilə oynamağa haqqımız yoxdur".
Harun Əbdülkərim Osmanoğlu isə serialda səltənətin sadəcə hərəmxanadan ibarət göstərilməsinin haqsızlıq olduğunu, ailəsinin bu şəkildə gündəmə gəlməsinə görə narahat olduğunu deyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR