» » Ceyhun Osmanlıya qadağa qoyuldu

Ceyhun Osmanlıya qadağa qoyuldu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Sosial
Ceyhun Osmanlıya qadağa qoyuldu



Fond rəhbəri “İrəli” və Ceyhun Osmanlı ilə yaxınlığına son vermək adını qorumaq niyyətindədir


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda “İrəli” İctimai Birliyinə qadağa qoyulub."Qafqazinfo" xəbər verir ki, bu barədə axar.az-a İrəli İctimai Birliyindəki mənbələrdən məlumat verilib.

Məlumatda deyilir ki, “İrəli”yə qadağa qoyulmasının səbəbi Gənclər Fondu tərəfindən təşkilata ayrılan qrantların hesabatlarının vaxtı-vaxtında və dəqiq verilməməsidir. Qeyd olunur ki, birliyin hesabatları əslində həmişə bu vəziyyətdə olub və təşkilatın qara siyahıya salınması başqa məsələlərlə bağlıdır:

“”İrəli” əvvəlki illərdə layihələri necə icra edirdisə, xərclənən vəsaitlərin hesabatını necə verirdisə, indi də elə edir. Bu proses ona görə indi baş verir ki, Gənclər Fondu “İrəli” ilə birgə fırıldaqlarda adının hallanmasından narahatdır. Təşkilatın lideri olan millət vəkili Ceyhun Osmanlının və “İrəli”nin sədri Rauf Mərdiyevin Fond rəhbəri Fərhad Hacıyevlə yaxın olması onlara indiyə qədər “hesabat” məsələsində kömək edib. İndi isə vəziyyət gərgindir. Ceyhun Osmanlının Gülən hərəkatıyla ilişgili olması ilə bağlı iddialar durmadan artmaqdadır və üstəlik Fərhad Hacıyevin də adının gülənçi kimi hallanmasına görə Fond rəhbəri “İrəli” və Ceyhun Osmanlı ilə yaxınlığına son vermək adını qorumaq niyyətindədir”.

Mənbənn dediyinə görə, “İrəli” təşkilatının qara siyahıya salınması və bundan sonra təşkilatın heç bir layihəsinin maliyyələşdirilməməsi ilə bağlı Fərhad Hacıyev artıq göstəriş verib.

Məsələ ilə bağlı Gənclər Fondu ilə əlaqə saxlamağa çalışdıq.

Telefona cavab verən xanım mediaya danışacaq şəxslərin olmaması səbəbindən bir qədər sonra əlaqə saxlamağımızı xahiş etdi.

Gənclər Fondundan müraciətimizə cavab alan kimi məlumatı paylaşacağıq.



QafqazPRESS.az
banner125x125 banner125x125