» » Bakıda adam döydüyü deyilən hakimin rəis oğlu danışdı (TƏFƏRRÜAT)

Bakıda adam döydüyü deyilən hakimin rəis oğlu danışdı (TƏFƏRRÜAT)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Sosial
Bakıda adam döydüyü deyilən hakimin rəis oğlu danışdı (TƏFƏRRÜAT)



Bir neçə gün əvvəl Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə "Azpetrol" Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Bu barədə bəzi kütləvi informasiya vasitələrində məlumat verilib. Verilən məlumata görə, hadisəyə səbəb Rauf Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub.

Sonradan tərəflər arasında mübahisə düşüb. Nəticədə hakim maşından düşərək İlqar Paşayevi döyüb. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək idarəyə gətiriblər. Burada onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb.

Məlumatda əlavə olunub ki. sürücünün günahı təsdiqlənərsə, onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Məsələyə aydınlıq gətirmək üçün 7-ci polis bölməsinin rəis müavini, hakim Rauf Əliyevin oğlu Bəhruz Əliyevlə əlaqə saxladıq. Bəhruz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı cəfəngiyyatdır. Onun sözlərinə görə, əslində Rəsulzadə-Novxanı şossesində doğrudan da atası və bir nəfər arasında mübahisə yaranıb. Sonradan 40-45 yaşlarında olan İlqar Paşayevlə 60 yaşlı Rauf Əliyevi döyüb.

“Mən bu məsələdən sonra xəbər tutmuşam. Lakin hadisə yerində heç vaxt olmamışam. Axı hansı ata istər ki, oğlu problem yaşasın. Mənə sonradan atamın döyülməsi barədə deyiblər. Bir də, atam həmin şəxsdən yaşlıdır və onu döyməsinə heç fiziki baxımdan da gücü çatmaz. Demək iddia yalandır. Hansı zəmanədə yaşayırıq ki. polis küçənin ortasında istədiyi adamı döysün?”, - deyə Bəhruz Əliyev bildirib.

Qeyd edək ki, Bəhruz Əliyevin rəis müavini olduğu ərazi 4-c mikrorayon ərazisidir. Lakin hadisə 4-cü bölmənin ərazisində baş verib. Məhz orada hansısa əməliyyat keçirməyə də 4-cü bölmənin və ümumi idarənin əməkdaşları səlahiyyətlidirlər.

Bəhruz Əliyev onu da əlavə edib ki, hazırda insidentlə bağlı məsələ məhkəmə tərəfindən araşdırılır. “Məhkəmə qərar çıxarandan sonra hadisənin günahkarı məlum olacaq. Mən bu məsələ ilə bağlı məşğul olmuram. Heç maraqlanmamışam da. Çünki sonra deməsinlər ki, oğlu polis işləyir, məsələyə müdaxilə edir. Heç bir müdaxilə olmadan yazırlar. Gör mən indi məsələ ilə maraqlansam, nələr yazarlar”, - deyə Bəhruz Əliyev vurğulayıb.



QafqazPRESS.az
banner125x125 banner125x125