20 Yanvar əlillərinə xüsusi status verilsin
“20 Yanvar əlillərinə xüsusi status verilməlidir.” ANS PRESS-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bu təkliflə çıxış edib.
Deputat bununla bağlı ona müraciətlər də edildiyini qeyd edib. Onun sözlərinə görə, əlillərin statusu olmadığından güzəştlər, sosial yönümlü imtiyazlar onlara tədbiq edilmir. "Halbuki 1998-ci ildən Heydər Əliyevin imzaladığı sərəncamda 20 yanvar şəhidi fəxri adı təsis olunmuşdu. Daha sonra ölkə prezidenti İlham Əliyev 2006-ci ildə 20 yanvar şəhidlərinin ailələri üçün prezident təqaüdünün təsis olunması üçün fərman imzalayıb".
Onun sözlərinə görə, hər bir 20 yanvar şəhidi ailəsi hər ay 300 manat pensiya ilə təmin olunur. Lakin onlar xahiş edirlər ki, 20 yanvar şəhidləri ilə bağlı status müəyyən edilsin.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR