» » Tədris ilinin uzadılması nəyə hesablanıb?

Tədris ilinin uzadılması nəyə hesablanıb?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 aprel 2014
//
Bölmə: Sosial
Tədris ilinin uzadılması nəyə hesablanıb?

Təhsil Nazirliyindən tədris ilinin uzadılması ilə bağlı açıqlama veriblər.

ANS PRESS-in məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov keçirdiyi mətbuat konfransında tədris ilininn uzadılması məsələsinin yeni məsələ olmadığını deyib.

O, bildirib ki, tədris ilinin uzadılması ötən il açıqlanan 2013-2014-cü illər tədris ilinin inkişaf prioritetlərində nəzərdə tutulub: “Azərbaycanda dərs həftəsi 32-dir. Mayın sonundan sentiyabrın 15-dək olan müddətdə şagirdlərdə müəyyən tətil boşluğu yaranırdı. Onlar bu müddət ərzində səmərəli işlərlə məşğul olmurdular”.

Cəsarət Valehov bildirib ki, Tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşməsinə gətirib çıxaracaq: “Bundan sonra şagirdlər bilikləri daha yaxşı mənimsəyəcəklər. Tədris ilinin uzadılması ölçüb-biçilmiş məsələdir”




QafqazPRESS.az
banner125x125 banner125x125