Şəmsəddin Hacıyevin qızı işdən çıxarılmasından danışdı - ÖZƏL
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva rektor Ədalət Muradovun onu universitetdən çıxarması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az-a açıqlamasında Ç.Hacıyeva bu məlumatların tamamilə əsassız olduğunu bildirib:
“Bu məlumatlar sizdə hardandır? Hazırda universitetdə elmi şura idi. Biz də iclasda idik. Mənim Xüsusi İstedadlar Fakültəsinin dekanı vəzifəsindən çıxarılmağımla bağlı xəbərlərin heç bir əsası yoxdur”.
Eyni zamanda bir həftə öncə rektor Şəmsəddin Hacıyevin qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da işdən çıxarıb. Onun yerinə dosent Bərxudarov Mənsur İsa oğlu təyin edilib.
Qeyd edək ki, M.Bərxudarov 1992-2014-cü illərdə ADİU-nun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında baş müəllim, dosent işləyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR