» » Rektor Facebook-da sualları cavablandıracaq

Rektor Facebook-da sualları cavablandıracaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Rektor Facebook-da sualları cavablandıracaq


Rektor tələbələrin suallarını cavablandıracaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov imtahan sessiyaları dövründə Facebook sosial şəbəkəsində sualları cavablandıracaq.

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzVision.az-a verilən məlumata görə, rektor iyun ayının 5-dən 10-dək ADİU-nun “Facebook”dakı rəsmi səhifəsində (https://www.facebook.com/pages/Azerbaijan-State-University-of-Economics/193912420645187) tələbələri, valideynləri və digər şəxsləri maraqlandıran, narahat edən suallara cavab verəcək.

Suallar gün ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq.

İstifadəçilərdən ADİU-nun səlahiyyətlərinə daxil olan suallarla müraciət etmələri xahiş olunur.


QafqazPRESS.az