» » Mehman Muradlı-İbad Hüseynov qalmaqalı böyüyür

Mehman Muradlı-İbad Hüseynov qalmaqalı böyüyür

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Sosial
Mehman Muradlı-İbad Hüseynov qalmaqalı böyüyür


Hüquqşünas Mehman Muradlı Azərbaycan prezidentinə, MTN, DİN və Baş Prokurorluğuna müraciət edib.

ANS PRESS-in məlumatına görə, Muradlı bu barədə öz facebook statusnda yazıb: “..İbad hüseynovun feysdəki əlaltılarıyla bağlı MTN, DİN, Baş Prokuroluğa müraciət etdim. Mənə hədə-qorxu gəlməkləri səbəbiylə. İcra başçısı olan qardaşının pulunun köməkliyi ilə hər yola əl atırlar. Bu barədə də prezidentə müraciət etdim. İndi cavab versinlər"”.

Qeyd edək ki, Mehman Muradlı İbad Hüseynovun erməni terrorçu Monte Melkonyanının başını kəsib öldürməsinə inanmır. O, mətbuatda və sosial şəbəkələrdə bu barədə gedən müzakirələrdə hər zaman Qarabağ döyüşçüsü və veteranı İbad Hüseynovun iddialarına qarşı olub. Onun yalan danışmaqda ittiham edib. Onların bu fikir ayrılığı isə son günlər sosial şəbəkələrdə təhqir həddinə çatmışdı.


QafqazPRESS.az
banner125x125 banner125x125