» » Oqtay Əsədov narazı deputatlara cavab verdi

Oqtay Əsədov narazı deputatlara cavab verdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: Sosial
Oqtay Əsədov narazı deputatlara cavab verdi



Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatlar həbsdə olan tanınmış şəxslərin əfv olunmamasından gileylənib.

AzVision.az-ın məlumatına görə, millət vəkillərinin bu çıxışlarına spiker Oqtay Əsədovdan cavab gecikməyib. O bildirib ki, bu günə qədər 5 mindən çox şəxs əfv sərəncamı ilə həbsdən azad edilib:

“Siz deyirsiniz ki, onlar da həbsdən azad edilsin. Gərək əfv olunmaq üçün müraciət edəsən. Əgər müraciət etməyibsə, onu necə əfv etmək olar? Bəziləri fikirləşir ki, insan cinayət törədibsə mütləq əfv olunmalıdır. Həbsxanalar insanların islah olunması üçündür””-deyə, O.Əsədov qeyd edib.



QafqazPRESS.az
banner125x125 banner125x125