» » Prezident İlham Əliyev: "Növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcək"

Prezident İlham Əliyev: "Növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcək"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 may 2014
//
Bölmə: Siyasət
Prezident İlham Əliyev: "Növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcək"


ini yüksək qiymətləndirirəm. Biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlərə dair əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi apardıq, yaxın gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusən ticari-iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri və bununla əlaqədar tədbirlər haqqında yekdil qərar qəbul etdik. Səfər çərçivəsində əldə edilmiş nəticələr bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə güclü təkan verəcək, Vyetnam ilə Azərbaycan arasında münasibətlərin inkişafını yeni səviyyəyə çatdıracaqdır. Hesab edirəm ki, iki ölkənin rəhbərlərinin və xalqlarının yaxın, ənənəvi dostluq münasibətləri, əzmkarlığı və qətiyyəti yeni dövrdə ölkələrimizin xalqlarının mənafeləri və firavanlığı naminə, regionda və dünyada sülh və sabitlik naminə sıx əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün möhkəm zəmindir.

Cənab Prezident, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi şərəfinə! Vyetnam və Azərbaycan xalqlarının əmin-amanlığı, firavanlığı şərəfinə! Cənab Prezidentin və xanımının şərəfinə! Bu gün burada iştirak edən bütün azərbaycanlıların və vyetnamlıların şərəfinə!

X X X

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli xanım Mai Thi Hanh.

Əziz dostlar.

Cənab Prezident, ilk növbədə mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Bildiyiniz kimi, mənim səfərim iki ölkə arasındakı münasibətlərdə ilk dövlət səfəridir. Səfər artıq başa çatır. Deyə bilərəm ki, səfərin nəticələri çox uğurlu olmuşdur. Biz bu gün iki ölkə arasındakı əlaqələrin bütün aspektlərini geniş müzakirə etdik. Görülən işlərə qiymət verildi və görüləcək işlər haqqında konkret istiqamətlər müəyyən edildi.

Siz, cənab Prezident, qeyd etdiyiniz kimi, bizim əlaqələrimizin təməlini Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min 1959-cu ildə qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də bizim yadımızdadır. Çox şadam ki, Vyetnamda da o səfəri xatırlayırlar və o səfərə çox yüksək qiymət verirlər.

Bu gün Azərbaycanda təhsil almış vyetnamlı keçmiş tələbələrlə mənim görüşüm olmuşdur. Bu görüş xüsusi bir dostluq və mehribanlıq atmosferində keçmişdir. Çox gözəl sözlər deyildi, yaxşı xatirələr ifadə edildi. Hətta vyetnamlı dostlarımız Azərbaycan mahnısı da ifa etdilər. Budur, bizim ikitərəfli münasibətlərimizin əsas təməl daşı. Bu gün Vyetnam-Azərbaycan ikitərəfli əlaqələri bu möhkəm təməl üzərində qurulur və uğurla inkişaf edir.

Biz bu gün ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, humanitar aspektlərini geniş müzakirə etdik. Deyə bilərəm ki, bütün mövzularla bağlı bizim fikrimiz birdir. Biz siyasi əlaqələri inkişaf etdirəcəyik, ticarət dövriyyəsini ən azı iki dəfə artırmaq fikrimiz vardır. Təhsil sahəsində o gözəl ənənələri bərpa etməliyik. Vyetnamlı tələbələr Azərbaycanda, azərbaycanlı tələbələr Vyetnamda təhsil almalıdırlar. Neft-qaz sektorunda, investisiya qoyuluşu, mədəniyyət, turizm sahələrində gələcək əməkdaşlıqla bağlı konkret tapşırıqlar verilmişdir. Əminəm ki, növbəti illərdə Vyetnam-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə daha da möhkəmlənəcəkdir.

Azərbaycanda Vyetnam xalqına çox böyük rəğbət vardır. Müstəqillik uğrunda mübarizədə azərbaycanlılar vyetnamlılarla həmrəy olmuşlar. Biz bu ənənələri qoruyacağıq, dostluğumuzu daha da möhkəmləndirəcəyik.

X X X

Mərasimdə Vyetnam incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Dövlət başçıları və xanımları incəsənət ustaları ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

--------
00:04

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşmüşdür.

Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxdı.

Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirildi.

Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq Azərbaycan Prezidenti İlham Əliyevi, nümayəndə heyətini və digər qonaqları salamladı.

Vyetnam ilə Azərbaycanı gözəl dostluq tellərinin bağladığını və bu dostluğun yarım əsrdən çox tarixi olduğunu vurğulayan Vu Xuan Honq dedi: Azərbaycanlılar keçmiş sovet xalqları ilə birlikdə Vyetnama azadlıq mübarizəsi və dinc quruculuq dövründə böyük, təmənnasız və səmərəli kömək göstərib. 1959-cu ildə Ho Şi Minin Bakı şəhərinə səfərindən sonra Azərbaycan Vyetnam üçün minlərlə elmi işçi, xalq təsərrüfatımızın vacib sahələri, o cümlədən müdafiə və təhlükəsizlik, xüsusilə də neft sənayesi, investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırladı. Bütün bunlar Azərbaycan ilə Vyetnam arasında xüsusilə böyük dostluq körpüsünün və təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb. Bu gün, hörmətli dostlar, bizə doğma torpağımızda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfi nəsib olub. İcazə verin, cənab Prezident Sizə hərarətlə və səmimi salamlarımı yetirim. Sizin simanızda qardaş Azərbaycan xalqına hərarətli, səmimi salamlarımızı çatdırırıq.

1995-ci ildən bəri Sovet İttifaqı respublikalarında, o cümlədən Azərbaycanda ali təhsil alan vyetnamlıların mütəmadi görüşlərinin keçirildiyini deyən Vu Xuan Honq bu baxımdan Azərbaycanda ali təhsil alan vyetnamlıların Prezident İlham Əliyev ilə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, vaxtilə Azərbaycanda təhsil alan və hazırda Vyetnamda yüksək vəzifə tutan şəxsləri dövlətimizin başçısına təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, mən ilk növbədə sizin hamınıza - taleyi Azərbaycan ilə bağlı olan şəxslərə bütün Azərbaycan xalqının dərin ehtiramını çatdırmaq və Azərbaycandakı dostlarınız adından hamınızı salamlamaq istəyirəm. Mən sizin ölkənizdə olmaqdan məmnunluq duyuram. Prezident ilə bugünkü görüş və danışıqlar, eləcə də qarşıdakı görüşlər ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan verəcəkdir. Biz bu münasibətlərə çox böyük əhəmiyyət veririk və bu münasibətlər uğurla inkişaf etməkdədir. Bu münasibətlərin təməlini siz - Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. Bu gün biz qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsipləri əsasında dövlətlərarası münasibətlər qurarkən bu təmələ əsaslanırıq. Bu, insanlar arasında olan münasibətdir. Bu təməl bizim xalqlarımız arasında qarşılıqlı rəğbət deməkdir. Bu təməli də siz qoymusunuz. Çünki sizin ikitərəfli münasibətlərin inkişaf etdirmək istiqamətlərində fəaliyyətiniz bu təməli daha da möhkəmləndirir.

Siz çox gözəl bilirsiniz ki, Azərbaycan xalqı Vyetnama həmişə böyük sevgi və rəğbətlə yanaşıb. Sizin ölkənizin ən çətin dövrlərində azərbaycanlılar Vyetnam ilə həmrəy olublar. Azadlıq uğrunda mübarizənizdə həmişə sizinlə yanaşı olublar. Elə bu dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək hissləri bizim bugünkü ikitərəfli münasibətlərimizin xarakterini və formasını müəyyənləşdirib.

Mənim Vyetnama səfərim Azərbaycan Prezidentinin Vyetnam Sosialist Respublikasına ilk səfəridir. Hərçənd, bayaq foyedə nümayiş etdirilən fotoşəkillərdən məlumdur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Sovet İttifaqı nümayəndə heyətinin tərkibində sizin ölkənizdə səfərdə olub. 1959-cu ildə isə Vyetnam xalqının böyük oğlu, Prezident Ho Şi Min Azərbaycanda səfərdə olub. Bu tarixi faktlar bizim münasibətlərimizi möhkəmləndirir. Biz bu faktlarla irəli addımlayırıq. Tarixsiz nə bu günümüz, nə də gələcəyimiz ola bilər.

Bizim münasibətlərimizin, xalqlarımız arasında münasibətlərin tarixi dostluğa və qardaşlığa əsaslanır. Biz də bu münasibətləri bu gün, XXI əsrdə dinamik inkişaf edən iki müstəqil dövlət kimi inkişaf etdirməli və möhkəmləndirməliyik. Buna görə də mən əminəm ki, bu səfərim münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizə güclü təkan verəcəkdir.

Bu gün biz artıq əməkdaşlığımızın perspektivlərini yüksək səviyyədə müzakirə etdik. Ölkələrimiz arasında əmtəə mübadiləsi çox böyük deyil, təxminən 400 milyon dollara bərabərdir. Lakin artım perspektivləri mövcuddur. Bu gün Vyetnam-Azərbaycan biznes forumu keçiriləcəkdir. Mənimlə birlikdə Azərbaycanın 50-dən çox müxtəlif şirkətinin nümayəndəsi buraya gəlib və biznes forumda iştirak edəcəkdir. Əminəm ki, tədbirin nəticələri müsbət olacaq, əmtəə mübadiləsini artırmağa imkan yaradacaqdır.

Biz neft-qaz sahəsində əlaqələrin yaxşı perspektivinə malikik, bu gün də həmin məsələ müzakirə olunub. Azərbaycanda təhsil alan vyetnamlıların əksəriyyəti Neft-Kimya İnstitutunda oxuyublar. Buna görə də Azərbaycanda neft-qaz əməliyyatları ənənələrinə yaxşı bələddirlər və bilirlər ki, Azərbaycan dünyada sənaye üsulu ilə neft hasil edən ilk ölkədir. Dəniz yataqlarından da neft ilk dəfə Azərbaycanda hasil edilib. Bu gün biz həmçinin humanitar və təhsil sahələrini də inkişaf etdiririk və biz bu ənənəni bərpa etmək niyyətindəyik. Çünki bu əlaqələr Sovet İttifaqının süqutundan sonra kəsilmişdi. Amma fikrimcə, biz bu gün təhsil sahəsində əməkdaşlığa yenidən baxmalıyıq. Biz indi tələbələrimizi xaricdə təhsil almağa göndəririk. Buna görə də istərdik ki, bizim üçün vacib olan ixtisaslar üzrə sizin imkanlarınızdan da istifadə edək. Həmçinin vyetnamlı tələbələr üçün hər cür şərait yaratmağa hazırıq ki, gəlib Azərbaycanda təhsil alsınlar, köhnə ənənələri bərpa etsinlər. Çünki sizin nəsil də bu xatirələrlə yaşayır.

Görürəm ki, bu zalda gənclər çoxdur. Əsas odur ki, onlar da bir-birini tanısınlar, ünsiyyət qursunlar, bir-birinə hörmət etsinlər, dəstəkləsinlər və əməkdaşlıq etsinlər. Turizm, mədəniyyət sahələrində mümkün olan potensialdan maksimum istifadə etməliyik. Vyetnam bizim üçün dost ölkədir, xalqımızın tarixən bağlandığı və qarşılıqlı rəğbət bəslədiyi dost ölkədir. Biz gərək münasibətlərimizi möhkəmləndirək. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyada öz mövqeyini qəti şəkildə bəyan edir. Biz dünya miqyasında böyük nüfuza malikik və son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Bu quruma 155 ölkənin dəstəyi ilə seçilmişik. İyirmi ildən bir qədər artıq müstəqillik dövründə dünya ölkələrinin əksəriyyətinin dəstəyini qazanmaq o qədər də asan deyildi. Bizim dəstəklənməyimizin əsas səbəbi isə budur ki, həmişə müstəqil yol tutmuşuq, müstəqil xarici siyasət, eləcə də fəal regional siyasət aparırıq. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanır. Əgər dünyada bu iki əsas aparıcı tərəqqi və inkişaf elementinə riayət olunsa, nə müharibə, nə işğallar, nə də ədalətsizlik olar. Buna görə də biz BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsiplərini, beynəlxalq təşkilatların qətnamələrinə əməl olunmasını, eləcə də ədalət prinsiplərini möhkəm qoruyurduq.

Bizim ölkəmizdə təhsil alarkən əminəm ki, siz də Azərbaycanda tolerantlıq, dözümlülük mühitinin şahidi olmusunuz. Xalqımız çox qonaqpərvərdir. Azərbaycan çoxmillətli ölkədir. Ölkəmiz Sovet dövründə də belə olub, indi də belədir. Heç vaxt milli və dini zəmində anlaşılmazlıq, qarşıdurma və münaqişələr baş verməyib. Elə o vaxt da, ələlxüsus indi də müstəqil dövlət kimi Azərbaycanda müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar sülh və əməkdaşlıq şəraitində yaşayır, bir-birini yaxşı başa düşür, hörmət edir və onların hamısı çoxmillətli Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Buna görə də siz yəqin ki, Azərbaycana Ermənistan tərəfindən məkrli təcavüz olduğunu eşidəndə təəccübləndiniz. Çünki bunun üçün heç bir səbəb yox idi. Bütün başqa xalqların nümayəndələri kimi ermənilər də Azərbaycanda rahat yaşayır, bütün nemətlərdən istifadə edirdilər. Təəssüf ki, Ermənistanda hakimiyyətə gələn millətçi qüvvələr ölkəmizə qarşı məkrli, rəzil müharibəyə başladılar. Onilliklər ərzində çörəyini yedikləri Azərbaycan xalqına qarşı müstəsna naşükürlük göstərdilər. Bu müharibə nəticəsində bizim ərazilərimiz işğal altına düşdü, vətəndaşlarımız öz doğma ocaqlarını tərk etməyə məcbur oldular. Azərbaycanlılar doğma yurdlarından, tarixi torpaqlarından qovuldular. İndi bu torpaqlar işğal altındadır. Ərazilərimizin 20 faizi işğal olunub. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, bu işğal davam edir. Buna görə də mən deyəndə ki, beynəlxalq təşkilatların qərarları kimliyindən asılı olmayaraq, hamı tərəfindən yerinə yetirilməlidir, məhz beynəlxalq hüquqa riayət olunmasını nəzərdə tuturam. Bəs əslində necə olur? Bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurası dünya birliyinin ali orqanıdır. O, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar yerinə yetirilmir. Ermənistana qarşı da heç bir sanksiyalar, beynəlxalq qınaq irəli sürülmür. Münaqişənin indiyədək nizama salınmamasının səbəbi də elə budur. Digər beynəlxalq təşkilatlar da bu münaqişə ilə əlaqədar beynəlxalq hüquqa əsaslanan öz prinsipial mövqelərini bildiriblər, lakin görünür, bu, kifayət deyildir. Amma Azərbaycan öz iqtisadi, hərbi, siyasi potensialını gücləndirəcəkdir.

Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik. Deməliyəm ki, bu münaqişə ölkəmizin iqtisadiyyatına güclü ziyan vurub. Buna baxmayaraq, müstəqil siyasi xətt aparmaqla və yalnız öz təbii ehtiyatlarımıza güvənərək biz iqtisadiyyatımızı qısa müddət ərzində - son on ildə artım sürətinə görə birinci etmişik. Əsas səbəb milli ideya, yəni məhz müstəqillik ideyası ətrafında cəmiyyətin birliyi oldu. Eləcə də hökumətin əhalinin sosial səviyyəsinin yaxşılaşdırılması üzrə məqsədyönlü siyasəti mühüm rol oynadı.

Son on ildə əməkhaqları beş dəfə, pensiyalar demək olar ki, on dəfə artıb. Xeyli sosial proqramlar həyata keçirilib. Əlbəttə ki, iqtisadi islahatlar da mühüm rol oynayıb, biz bunsuz indiki inkişaf səviyyəsinə çata bilməzdik. Xarici investisiyaların fəal cəlb olunması, Azərbaycan şirkətlərinin dövlət səviyyəsində dəstəklənməsi, fəal beynəlxalq əməkdaşlıq və iqtisadi mühitin, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş islahatlar öz bəhrəsini verdi. Azərbaycanın inkişaf tarixinə nəzər yetirdikdə bir daha əmin olursan ki, milli maraqlar hər şeydən üstün tutulanda ölkələr uğur və tərəqqiyə nail ola bilər. Sizin ölkəniz bunun bariz nümunəsidir. Siz də təcavüz və işğaldan keçmisiniz. On minlərlə insanın iztirabını görmüsünüz. Böyük itkilər vermisiniz. Buna baxmayaraq, siz dirçəldiniz və güclü dövlətə çevrildiniz. Siz öz taleyinizin sahibisiniz. Buna görə də milli maraqlara, eləcə də əməkdaşlığa və dünyaya açıqlığa əsaslanan xarici siyasət kursu aparan Vyetnam və Azərbaycan kimi ölkələrin nümunəsi, fikrimcə, çox yaxşı göstəricidir. Tərəqqiyə can atan hər bir ölkə üçün bu, yaxşı nümunədir.

Azərbaycanda təhsil sahəsində bir çox məsələlər həll olunur. Təbii ki, bu, bizim üçün önəmlidir. Məktəblərin, ali təhsil müəssisələri binalarının inşası çox sürətli templərlə aparılır. Əlbəttə, biz təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində xeyli iş görürük və bu proses hökumətimizin diqqət mərkəzində durur. Bizim ölkəmiz son illər ərzində regional miqyasda böyük uğurlar qazanıb.

Bu gün biz Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Deməliyəm ki, Azərbaycanda həyata keçirdiyimiz layihələr regionun enerji xəritəsini tamamilə dəyişib. Biz ilk dəfə olaraq neft-qaz kəmərləri şəbəkələri vasitəsilə Xəzər regionunu Qara dəniz və Aralıq dənizi regionu ilə birləşdirmişik. Bu da həm bizə, həm də qonşularımıza neft-qaz ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verir. Gələcəkdə biz daha böyük layihələr həyata keçirəcəyik. Bu layihələr bütün dünya miqyasında ən iri layihələrdir. Bütün bunlara da onun sayəsində nail olmuşuq ki, həm ölkə daxilində, həm də xaricdə bizim inkişafımıza böyük inam vardır. Biz öz siyasətimizi milli inkişaf və müstəqilliyimizi möhkəmləndirmək əsasında aparırıq. Siz bizim ölkəmizdə təhsil aldığınız müddətdə Azərbaycan müstəqil ölkə deyildi. Hətta o dövrdə də siz bizim cəmiyyətdə açıqlığı, inkişafı görürdünüz. Müstəqillik illərində Azərbaycan cəmiyyətində müsbət meyllər güclənib. Biz öz taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan böyük xoşbəxtlik ola bilməz.

Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha böyük miqyaslı əməkdaşlığa əsaslanır. Sizin regionla əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. Vyetnam ilə isə ən mühüm istiqamətdir. Azərbaycanın ilk səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu səfirlik artıq bir ildir ki, fəaliyyət göstərir. Bu, bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin Azərbaycana marağınızı əks etdirir. Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaş olacaqdır.

Bugünkü səfər əlbəttə ki, tarixdə qalacaqdır. Çünki bu, Azərbaycan Prezidentinin Vyetnama ilk dövlət səfəridir. Əminəm ki, bu səfəri başqa səfərlər də əvəz edəcəkdir. Mən bu gün Vyetnam Sosialist Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdim və bu dəvət qəbul olundu. Biz öz münasibətlərimizi daha da gücləndirəcəyik. Siyasi əlaqələrimizi möhkəmləndirəcəyik, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. İqtisadiyyatlarımıza fəal sərmayələr qoyacağıq. Mədəni-humanitar əlaqələrimizi inkişaf etdirəcəyik. Başqa sözlə, ölkələrimiz arasında tammiqyaslı əməkdaşlıq artıq gerçəkliyə çevrilir. Əlbəttə ki, bu əməkdaşlıqda Azərbaycanı tanıyan, Azərbaycanı xatırlayan insanlara da xeyli yer vardır. Buna görə də siz bizim münasibətlərimizin inkişafında hərəkətverici qüvvəyə çevrilməlisiniz.

Mən bu gün sizinlə görüşməyimə çox şadam. İki mindən çox vyetnamlı vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində hazırlıq keçib və təhsil alıb. Əlbəttə ki, sizin hamınızı Bakıda görmək istərdim. Fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Düşünürəm ki, biz bunu mütləq həyata keçirməliyik. Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçirmək olar. Bu forum çərçivəsində də Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları forumunu təşkil etmək mümkündür. Elə indi burada Azərbaycanın təhsil nazirinə və Vyetnamdakı səfirimizə tapşırıq vermək istəyirəm ki, Vyetnam tərəfi ilə birgə həmin forumun hazırlıq işlərinə başlasınlar və ümid edək ki, tezliklə bu forumu keçirək və Bakıda görüşək. Diqqətinizə görə sağ olun.

X X X

Dövlətimizin başçısı İlham Əliyevi və nümayəndə heyətini Azərbaycanda təhsil alan vyetnamlılar adından salamlayan Vyetnam Sosialist Respublikasının Milli Yığıncağının sədr müavini Uonq Tyu Lıu 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana səfərini xatırlatdı, bu səfərin Vyetnam ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini dedi.

Vyetnam ilə Azərbaycan arasında Sovet İttifaqının süqutundan sonra qurulan diplomatik münasibətlərin ölkələrimizin ənənəvi dostluğu və əməkdaşlığı üçün yaxşı əsaslar yaratdığını qeyd edən Vyetnam Milli Yığıncağının sədr müavini bildirdi ki, Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Vyetnam əlaqələrini daha da genişləndirəcək, bir sıra sahələrdə, o cümlədən neft-qaz sferasında kəşfiyyat və hasilatın aparılmasında əməkdaşlığı möhkəmləndirəcəkdir. Uonq Tyu Lıu vurğuladı ki, Azərbaycanda təhsil alan vyetnamlı tələbələr müəllimlərin onların yüksək ixtisaslı kadrlar kimi yetişməsindəki rolunu və xidmətini daim xatırlayır. “Ötən il Azərbaycana səfər edən, əksəriyyətinin Bakıda təhsil alan vyetnamlı olduğu Vyetnamın Milli yığıncağının nümayəndə heyətinə rəhbərlik etməkdən şərəf hissi duyuram”, - deyən Milli Yığıncağın sədr müavini bu səfərin nəticəsi olaraq parlamentlərarası dostluq qruplarının yaradıldığını bildirdi. Uonq Tyu Lıu dedi:

- Biz fəxr edirik ki, köhnə universitetimizi və Bakını ziyarət edə bildik. Biz tarixi şəhər olan Bakının necə müasir və dinamik olduğunu gördük. Biz Azərbaycan xalqının müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlara çox sevinirik. Xüsusilə, qeyd etmək istərdim ki, bu gün də vyetnamlı tələbələr Azərbaycanda təhsillərini davam etdirir, orada yaşayır və işləyirlər. Bizim vətəndaşlar Azərbaycan dövləti və xalqı tərəfindən qayğı ilə əhatə olunurlar, onlara kömək göstərilir. Bunun nəticəsində isə onlar təhsil almaq və uzunmüddətli sabit çalışmaq üçün yaxşı şərait əldə edirlər.

Bütün bunlara və ümumilikdə, Azərbaycan dövləti və xalqı tərəfindən Vyetnama göstərilən dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən Milli Yığıncağın sədr müavini Azərbaycan Respublikasına gələcəkdə də inkişaf və tərəqqi arzuladı.

X X X

Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri ilə bağlı Azərbaycanın ali təhsil ocaqlarının məzunları olan vyetnamlıların əlaqələndirmə komissiyasının xətti ilə Azərbaycan-Vyetnam dostluq cəmiyyətini yaratmaq istədiklərini vurğulayan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq sözü həmin komissiyanın sədri, elmlər doktoru Nev Bu Xauya verdi. Nev Bu Xau dedi:

- Möhtərəm cənab Prezident, dostlar, icazə verin, Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları adından sizə möhkəm cansağlığı, xoşbəxtlik və prezidentlik vəzifənizdə uğurlar arzulayım. Qoy, Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri inkişaf edib möhkəmlənsin. Azərbaycan həmişə bizim qəlbimizdədir.

X X X

Azərbaycanın Vyetnam üçün neft və qaz sənayesi işçiləri ordusu hazırladığını, həmin mütəxəssislərin böyük bir qisminin bu görüşdə iştirak etdiyini deyən tədbirin aparıcısı Vu Xuan Honq sözü Azərbaycan Neft-Kimya İnstitutunun məzunu, “Veso-Petrol” birgə müəssisənin idarə heyətinin sədri Tıl Tenyaya verdi. “Veso-Petrol” birgə müəssisənin idarə heyətinin sədri dedi:

- Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev. Hörmətli azərbaycanlı qonaqlar, əziz vyetnamlı dostlar. Əvvəlcə sizi “Veso-Petrol” birgə müəssisəsinin beynəlmiləl kollektivi adından Vyetnam Sosialist Respublikasına gəlişiniz münasibətilə salamlayıram, sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar arzulayıram. Demək olar ki, “Veso-Petrol” birgə müəssisəsi neft-qaz sahəsindəki nailiyyətlərinin başlanğıcını 1959-cu ildə Bakıya rəsmi səfər etmiş Prezident Ho Şi Minin strateji düşüncələrindən götürür.
Tıl Tenya xatırlatdı ki, 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Min Azərbaycana səfəri zamanı Vyetnamda da zəngin neft yataqlarının olduğunu, lakin müharibə şəraiti hökm sürdüyündən hasilatın mümkünsüzlüyünü vurğulamış və müharibə bitdikdən sonra ölkəsində neft-qaz sənayesinin inkişaf etdirilməsinə Azərbaycanın töhfələrini əsirgəməyəcəyinə inandığını ifadə etmişdi. Tıl Tenya 1981-ci ildə “Veso-Petrol” birgə müəssisəsinin Sovet İttifaqının köməyi ilə yaradıldığını vurğuladı, bu işdə sovet, o cümlədən Azərbaycan neftçilərinin də yaxından iştirak etdiklərini bildirərək dedi:

- Təsadüfi deyil ki, “Veso-Petrol” birgə müəssisəsinin ilk baş direktoru Məmmədov Cəlal Heydəroviç olub. Onun rəhbərliyi altında sovet neftçiləri vyetnamlı neftçilərlə birgə çiyin-çiyinə çalışaraq “Veso-Petrol” müəssisəsini yaratmağa başladılar. Bu gün mən bu zalda vaxtilə “Veso-Petrol” müəssisəsində çalışmış bəzi şəxsləri görürəm, Məhəmmədov Tofiq Quliyeviç, Rəfiyev Namiq və başqaları. Hansı ki, onlar mənim dostum və müəllimim olublar. Eyni zamanda, Azərbaycan neftçilərinin bizə göstərdikləri köməyi heç vaxt unutmuruq. Bilirsiniz ki, bizim baş ofisimiz yerləşən Hun Tau şəhərinin ən böyük küçəsi Bakının adını daşıyır.

X X X

Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq sözü bir daha Prezident İlham Əliyevə verdi. Dövlətimizin başçısı dedi:

- Mən ilk növbədə ölkəmiz və xalqımız haqqında səmimi qəlbdən çıxış edənlərə, öz fikirlərini söyləyənlərə, bu görüşə gələnlərə, yaddaşında bu dövrü əziz xatirə kimi saxlayanlara minnətdarlığımı bildirmək istərdim. Həmçinin bu gün burada olmayanlara, ölkəmizdə yaşayan və təhsil alan və əminəm ki, bu gün bizimlə birgə olmağı arzulayan yüzlərlə, minlərlə vyetnamlıya minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, Bakıda forumun keçirilməsi bu gün burada olmayanlara da bizim birgə tədbirlərimizdə iştirakına imkan yaradacaqdır. Bu gün çox vacib və təsiredici gündür. Ona görə vacibdir ki, bu, mənim sizin ölkənizə ilk səfərimdir. Bu səfər əməkdaşlıq üçün böyük perspektivlər açır.

Biz bu gün sizinlə və Prezidentlə neft-qaz sahəsində əməkdaşlıq, birgə əməliyyatlar, qarşılıqlı investisiyalar, iqtisadi perspektivlərlə bağlı razılığın əldə ediləcəyinə əmin olduğum bugünkü biznes forum barədə müzakirələr apardıq. Eyni zamanda, bu gün çox təsiredici bir gündür, çünki bu, köhnə dostların görüşüdür, bu zalın ab-havasında dostluq, sevgi, xatirələr hiss olunur. Münasibətlərimizin tarixində elə bir gündür ki, hisslər siyasi və iqtisadi maraqlarla qarışır. Düşünürəm ki, bu, elə bizim münasibətləri təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı rəğbətə, dostluğa, qarşılıqlı anlaşmaya əsaslanır. Eyni zamanda, bu münasibətlər ölkələrimizin və xalqlarımızın maraqlarına cavab verir.

Həmçinin onu da demək istəyirəm ki, yalnız vyetnamlılar Azərbaycanda deyil, azərbaycanlılar da Vyetnamda yaşayıb, işləyiblər və bu gün mənim nümayəndə heyətimin tərkibində Vyetnamda işləyən və həyatları bu ölkə ilə bağlı olan Azərbaycanın neft-qaz sahəsinin təmsilçiləri də vardır. Yəni, bu proses qarşılıqlı olub. Yəqin məhz bu səbəblərdən bənzərsiz dostluq və qarşılıqlı anlaşma mühiti yaranıb. Həmçinin, bugünkü belə səmimi ab-havanı nəzərə alaraq, protokolun, müəyyən olunmuş çıxışların çərçivəsindən kənara çıxaraq, həm Vyetnamla bağlı olan, həm də Azərbaycanın neft-qaz sahəsinin inkişafı üçün töhfələr verən şəxsə söz vermək istərdim. Bu, nəzərdə tutulmamışdı. İndi qərara aldım ki, bu, bir çox səbəblərə görə düzgün olacaqdır. Məhz ona görə ki, biz onunla 9 il ərzində bir-birimizdən iki metrlik məsafədə oturub işləmişik. Mən təhsilcə neftçi deyiləm, amma taleyim elə gətirib ki, 9 il mən Azərbaycanın neft şirkətində işləmişəm və mənimlə Xoşbəxt Yusifzadənin kabinetinin eyni qəbul otağı olub. Biz hər gün bir-birimizlə ən azı iki dəfə görüşürdük. Mən artıq 11 ildir ki, neft şirkətində işləmirəm, o isə hələ orada çalışır. Onun bilikləri və zəngin təcrübəsindən xüsusi danışmaq olar, yəqin ki, buna bir gün vaxt sərf etmək lazım gələrdi. Çünki o, qazma üçün yerin müəyyənləşdirilməsində, dünyanın aparıcı neft şirkətləri ilə mübahisələrdə səhv etmir. Onların avadanlığı, 3D seysmik qurğuları, müxtəlif yeni texnologiyaları vardır. Onun gücü isə təbii istedadı və Xəzərin havası ilə bağlıdır. O, həmişə haqlı olur və tarix bunu dəfələrlə təsdiqləyib. Mən 1994-cü ildə neft şirkətinə gələndə Xoşbəxt müəllimdən çox öyrənmişəm. Mən əvvəllər bilmədiyim bir çox məsələləri öyrəndim. Həm peşəkarlıq, həm də həyati təcrübə baxımından Xoşbəxt Yusifzadə ilə ünsiyyət mənim üçün çox qiymətli, faydalı olub.

Mən münasibətlərimizi çox yüksək dəyərləndirirəm. Biz hazırda eyni binada fəaliyyət göstərmirik, amma kabinetlərimiz arasında məsafə təqribən 100-150 metr təşkil edir. Bu baxımdan biz yenə də yaxınlıqda fəaliyyət göstəririk. Yeri gəlmişkən, o, xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının yüksək ordeni ilə təltif olunub. Mən istərdim ki, yekun sözü Xoşbəxt Yusifzadə desin, çünki bizim xalqları daha bir vacib xüsusiyyət - böyüklərə, ağsaqqallara hörmət birləşdirir. Ağsaqqallara hörmət əlaməti olaraq istərdim ki, Xoşbəxt Yusifzadə bugünkü görüşümüzə yekun vursun.

X X X

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə dedi:

- Bilmirəm nədən başlayım. Bu xoş sözlərə görə təşəkkür edirəm, cənab Prezident. Kadrların hazırlanmasına görə “Dostluq” ordeni ilə məni təltif edən Vyetnam Prezidentinə minnətdarlığımı bildirirəm. Bu, xüsusi münasibətdir. İş ondadır ki, biz indi neçə nəfərin Azərbaycan Sənaye İnstitutunu bitirdiyindən danışırıq. Onların hazırlanmasında mənim də zəhmətim vardır. Bu gün buraya gətirdiyim sənəddən də görünür ki, mən 69 vyetnamlı mütəxəssis hazırlamışam. Bu sənədlərdə onların hansı qiymətlər aldıqları da əksini tapıb. Son zamanlar yataqların yeri barədə danışıqlarla bağlı mənim yanıma gələnlərə deyirəm: gözləyin, burada mənim qeyd dəftərim var, baxım görüm, soyadınız, adınız necədir, sizə hansı qiyməti vermişəm. Əgər beşdirsə, danışıqlar aparmaq olar. Mən bu gün onları burada görəndə fəxr etdim ki, Vyetnam üçün nə isə etmişəm.

Mən neft müqavilələri haqqında danışmıram, amma kadrların hazırlanması başqa məsələdir. Sənəddəki qiymətlərə baxanda görürük ki, hamısı əla oxuyub, çox yaxşı. Mən düşünürəm ki, məhz buna görə onlar nazir, nazir müavini olublar. Əla oxumaq o mənanı verir ki, insan çalışmağı bacarır, insan özünü səylə işləməyə məcbur edə bilir. Əgər o, təhsildə səylə çalışırsa, deməli, öz işində də o cür olacaqdır. Təsadüfi deyil ki, əla qiymət alanlar Vyetnamda və ölkənin neft sənayesində yüksək vəzifələrdə qərarlaşıblar.

Onu da demək istəyirəm ki, Vyetnamda neft sənayesinin inkişaf tarixi mənim gözlərimin qarşısından kinolenti kimi keçir. 1980-ci illərdə Sovetlər İttifaqı Vyetnamda işləri təşkil etməyə başlayanda, - nəzərə alsaq, dənizdə neft işlərini Azərbaycandan yaxşı bilən yox idi, - demək olar ki, Vyetnamdakı mütəxəssis kontingentinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Burada adlar çəkildi, hətta baş direktor da Azərbaycandan idi - Məmmədov Cəlal Heydər oğlu. Demək istəyirəm ki, indiyə qədər necə işlədiklərini onlar da xatırlayırlar. Münasibət çox gözəl idi, dostcasına. Bizim həmişə Vyetnama münasibətimiz gözəl olub. Mən bunu ona görə demirəm ki, Vyetnamdayam. Prezidentin də dediyi kimi, mən elə adamam ki, hər şeyin düzünü deyənəm.

Bizim vyetnamlılarla sıx dostluq münasibətlərimiz vardır. Danışıqlar aparırıq. Onu da demək istəyirəm ki, əgər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə danışıqlardan söhbət açsaq, bizim elə bir böyük layihələrimiz yoxdur. Amma biz danışıqları davam etdiririk. Burada əyləşən mütəxəssislər Muradxanlı yatağı barədə məlumatlıdırlar. Bu, çox mürəkkəb yataqdır. Vyetnam mütəxəssisləri bizimlə birgə orada işləmək istəyirlər. Vyetnam bizə dost olduğundan mən bu yatağın mürəkkəbliyini onlara bir daha xatırlatdım. Məlumatlandırdım ki, bu, elə də asan iş deyil, öhdəsindən gələ biləcəksiniz, ya yox? Onlar Mezazoy qatında çox işlədiklərinə görə bunun öhdəsindən gələ biləcəklərinə əmin idilər. Amma məncə bu, heç də belə deyildir. İqtisadi baxımdan bu, əlverişli deyildir. Amma danışıqlar hələ davam edir. Düşünürəm ki, gələcəkdə Muradxanlıda deyil, hansısa digər yataqlarda vyetnamlı mütəxəssislərlə birgə çalışa bilərik.

Nə deyə bilərəm?! İlk növbədə, Azərbaycan Prezidentinə məni nümayəndə heyətinin tərkibinə daxil etdiyi üçün minnətdarlığımı bildirirəm. Bu, məni çox təsirləndirdi ki, dostlarımla bir daha görüşüb, söhbət edəcəyəm. Vyetnam Prezidentinə məni “Dostluq” ordeni ilə təltif etdiyi üçün minnətdaram. Düşünürəm ki, “Dostluq” ordeni yalnız Xoşbəxt Yusifzadənin deyil, Azərbaycan neftçiləri və alimlərinin xidmətinə verilən mükafatdır. Fikrimcə, cənab İlham Əliyevin Vyetnama budəfəki səfəri də dostluq xarakteri daşıyır. Bu səfər, keçirilən görüşlər Azərbaycan-Vyetnam dostluğunun gələcəyinə dəlalət edir. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Siz neft-qaz sənayesində sıfırdan başlayaraq hazırkı səviyyəyə qədər gəlib çatmısınız. Böyük miqdarda neft, qaz hasil edirsiniz. Düşünürəm ki, gələcəkdə bu həcm daha da artacaqdır. Sağ olun, xoşbəxt olun, öz xalqınızın rifahı naminə çalışmaqda davam edin.

X X X

Sonda məzunlardan bir qrupu Azərbaycan dilində “Tələbə” mahnısını ifa etdilər.
Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim edildi. Prezident İlham Əliyev dedi:

- Bugünkü görüşə görə sizə təşəkkür edirəm, dostlar. Sizə minnətdarlığımı çatdırıram. Qardaş Vyetnam xalqına tərəqqi, firavan həyat, sülh arzulamaq istəyirəm. Yaşasın Vyetnam-Azərbaycan dostluğu!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Nquyen Sinh Hanq ilə görüşü olmuşdur.

Görüşdə Milli Assambleyanın sədri Nquyen Sinh Hanq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının böyük uğurlara nail olduğunu deyən Nquyen Sinh Hanq bu münasibətlə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin vaxtilə Azərbaycana, ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama etdiyi tarixi səfərləri xatırlatdı. Münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış Vyetnam vətəndaşlarının ölkələrimiz arasında münasibətlərin inkişafında xüsusi rol oynadığını qeyd etdi. Azərbaycan parlamentində Vyetnam ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, Vyetnamda Azərbaycan səfirliyinin açıldığını deyən Prezident İlham Əliyev bütün bunların ikitərəfli əməkdaşlığın genişlənməsinə imkan yaratdığını bildirdi.

Görüşdə ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin münasibətlərimizin bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ilə görüşmüşdür.

Görüşdə Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin genişlənməsində yeni səhifə açacağını vurğuladı. Sovetlər dönəmində Azərbaycan xalqının Vyetnamın müstəqilliyinin qorunmasına töhfə verdiyini deyən Nquyen Phu Tronq kadr hazırlığı istiqamətində həyata keçirilən işlərdən danışdı, Azərbaycanda hazırlanan kadrların Vyetnamda neft-qaz sektorunun inkişafına yardım etdiyini bildirdi. Baş katib Azərbaycanda sabitliyin və inkişafın təmin olunması, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirdi və bunun ölkəmizin inkişafı baxımından önəmini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan-Vyetnam əlaqələrinin böyük tarixi olduğunu deyərək münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi. Azərbaycan Prezidenti partiyalararası əməkdaşlıq məsələlərinə toxunaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyası arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğuladı.

Görüşdə dövlətimizin başçısı torpaqlarımızın işğalı ilə müşayiət olunan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Tan Danq ilə görüşmüşdür.

Görüşdə Baş nazir Nquyen Tan Danq bu səfərin ikitərəfli əlaqələrimizin yeni inkişaf səviyyəsinə çatmasında böyük əhəmiyyət daşıdığını bildirdi. Səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini deyən Nquyen Tan Danq Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı nailiyyətlərdən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Vyetnam arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini deyən Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq qurduqlarını vurğuladı. Nquyen Tan Danq iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsi, xüsusilə də investisiyaların qoyulması üçün yaxşı potensialın olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini bildirdi. Bununla bağlı ölkələrimiz arasında iqtisadi əlaqələrin strukturu və formalarının genişləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, investisiyaların qoyulması, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu vurğulayaraq bu sahələrdə əlaqələrin genişlənəcəyinə, dövlət səfərinin bu prosesə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

----------------
19.05.2014
20:03

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilmişdir.

Prezidentlər ziyafətdə çıxış etmişlər.

----------
19:08

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Hanoyda vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdür.

Əvvəlcə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin SSRİ nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri zamanı burada keçirdiyi görüşlərin əks olunduğu fotolara baxdı.

Sonra vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüş keçirildi.

Görüşü açan Vyetnamın Birlik və Dostluq Təşkilatının sədri Vu Xuan Honq Prezident İlham Əliyevə bu görüşə gəldiyinə görə təşəkkür etdi. Bildirdi ki, bir vaxtlar Azərbaycanda ali təhsil alan bu insanlar indi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında fundamental rol oynayırlar. O, ulu öndər Heydər Əliyevin Vyetnama səfərinə toxundu, xalqlarımız arasında dostluğun möhkəmlənməsində Ümummilli Liderin tarixi xidmətlərindən danışdı.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bu görüşdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, vaxtilə Bakıda ali təhsil alan tələbələr bu gün ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayırlar. “Azərbaycanda Vyetnama hər zaman böyük münasibət olub”, - deyən dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin sovet rəhbərliyində təmsil olunarkən Vyetnama səfər etdiyini, bu gün isə özünün dövlət səfərinə gəldiyini vurğuladı. Bütün bunların da ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini bildirdi.
Bu gün Azərbaycan ilə Vyetnamın siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində yaxşı əməkdaşlıq qurduqlarını deyən Prezident İlham Əliyev ölkəmizin tolerant ölkə olduğunu da diqqətə çatdırdı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, 20 ildir davam edən bu işğalın bölgədə sülh və təhlükəsizliyə təhdid olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışdı, təhsilin inkişafı sahəsində görülən işlər barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev neft-qaz sektoruna qoyulan sərmayələrdən danışdı, bu sahədə Azərbaycan ilə Vyetnam arasında yaranıb inkişaf edən əməkdaşlığın uğurlu olduğunu bildirdi.

Sonra vaxtilə Azərbaycanda ali təhsil alan vyetnamlı tələbələr çıxış etdilər. Vyetnamın müxtəlif regionlarından bu görüşə gələn məzunlar çıxışlarında Bakı ilə bağlı xatirələrini bölüşdülər. Azərbaycanda aldıqları təhsilin hazırda onların karyerasında mühüm rol oynadığını bildirdilər. Onlar Vyetnamda da vaxtilə azərbaycanlı kadrların işlədiyini, onların bu ölkənin neft-qaz sektorunun inkişafında mühüm rol oynadıqlarını qeyd etdilər.
Prezident İlham Əliyev ölkəmizlə bağlı xatirələrini qoruyub saxladıqlarına görə onlara təşəkkür etdi və sözü Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə verdi. O da Vyetnamda neft-qaz infrastrukturunun qurulmasında və inkişafında azərbaycanlı mütəxəssislərin mühüm rol oynadığını vurğuladı.

Sonda məzunlardan bir qrupu Azərbaycan dilində “Tələbə” mahnısını ifa etdilər.
Azərbaycan dövlətinin başçısına xatirə hədiyyəsi təqdim edildi.

Sonda xatirə şəkli çəkdirildi.

--------
19:04

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident Truonq Tan Sanqın bəyanatı

- Hörmətli cənab Prezident İlham Əliyev.

Əziz dostlar.

İcazə verin, Vyetnamda dövlət səfərində olan cənab Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvlərini hərarətlə salamlayım.

Mən çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə güclü təkan verən cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Cənab Prezident İlham Əliyevlə açıq, etimad və əməkdaşlıq mühitində faydalı və səmərəli danışıqlar apardıq. Biz bir daha bildirdik ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir. Vyetnam Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir.

Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq dedi:

-Tərəflər bu müsbət meylli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, həmçinin bir qədər əvvəl əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər. Biz cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır.

Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Prezident Truonq Tan Sanq Azərbaycan-Vyetnam münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək bildirdi:
-Mən qəti əminəm ki, hər iki tərəfin iradəsi və ümumi səyləri nəticəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək, hər iki tərəfə fayda gətirəcəkdir.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Bu gün biz Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılmışdır. Bu, ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.

Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir.

Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır.

Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm.

X X X

Vyetnam Prezidenti Truonq Tan Sanq: Çox sağ olun cənab Prezident. Hörmətli dostlar, sizə bildirmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin məni Azərbaycana rəsmi səfərə dəvət təklifini qəbul etdim. Düşünürəm ki, bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, dostluğumuzun genişləndirilməsinə təkan verəcəkdir.

Əziz dostlar, mən Vyetnama dövlət səfərinə gələn Azərbaycan Prezidentini bir daha salamlamaq istəyirəm. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bildirmək istəyirəm ki, cənab İlham Əliyev 1993-2003-cü illərdə Azərbaycan Prezidenti və keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, bizim Vyetnamın yaxın dostu Heydər Əliyevin oğludur. Bu sözləri deməklə bir daha təsdiqləmək istəyirəm ki, cənab İlham Əliyev də Vyetnamın yaxın dostudur.

--------
18:33

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Vyetnam Prezidenti Truonq Tan Sanq dedi:

- Hörmətli cənab Prezident. İcazə verin, nümayəndə heyətinin adından Sizi Vyetnam torpağında dövlət səfərinə gəlməyinizlə bağlı bir daha salamlayaq. Siz bizim köhnə və yaxın dostumuzsunuz. Ümidvarıq ki, səfəriniz uğurlu olacaqdır. Siz özünüzə çox yaxın olan bir ölkədəsiniz və ümid edirəm ki, burada özünüzü Vətəninizdəki kimi hiss edəcəksiniz. Sizin səfəriniz Vyetnam ilə əlaqələrin inkişafına daha güclü təkan verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Təşəkkür edirəm cənab Prezident. Nümayəndə heyətimizin üzvləri özlərini Sizin gözəl ölkənizdə çox yaxşı hiss edirlər. Fürsətdən istifadə edərək Sizi də münasib bir vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz münasibətlərimizi yüksək qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli əməkdaşlığa daha güclü rəvac verəcəkdir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir.

Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırladı. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirdi.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

---------
16:19

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış etmişlər.

---------
16:10

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Hanoyda vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdür.

---------
14:28

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Vyetnamın xarici işlər naziri Pham Binh Minh imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Vyetnamın maliyyə naziri Dinh Tien Dung imzaladılar.

--------
13:25

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

----------
13:12

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edildi.
Sonra prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

----------
13:00

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində Hanoyda sabiq Prezident Ho Şi Minin mavzoleyini ziyarət etmişdir.

Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin xatirəsinə dərin ehtiramını bildirdi, mavzoleyin önünə əklil qoydu.

X X X

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Vyetnam Sosialist Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini ziyarət etmişdir.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

------------------
18.05.2014
21:03

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlmişdir.

Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Sonra qısa protokol söhbəti oldu.



QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125