» » Şəhid Mübariz

Şəhid Mübariz

Müəllif: Xatirə Rəhimli
//
Tarix: 23 may 2014
//
Bölmə: Sosial
Şəhid Mübariz



Mən evimizdə həmişə Milli Qəhrəmanlar haqqında, şəhidlər haqqında mövzular eşitmişəm. Hər dəfə ata-anamdan onlar haqqında soruşanda mənə deyərdilər: - Axı biz səni necə anladaq. Sən hələ çox balacasan. Amma babam Güloğlan isə həmişə mənə başa salırdı ki, Şəhid vətən yolunda ölənlərə deyilir. Düşmənlərimiz isə ermənilərdir.
Bax beləcə öyrənə-öyrənə birinci sinfə qədəm qoydum. Bayrağımı, Ana Vətənimi sevdim. Hətta balaca olsam da bir gün bayrağımıza bir şeir də yazdım.
Bayrağımı sox sevirəm
Onun üç rengi var.
Göy, qırmızı, yaşıl,
Resm dersimdə mən
Hər üç rengdən
İstifadə edirəm
Bayrağımızın nə qədər müqəddəs olduğunu anladım. Məktəbdə bayraq haqqında, vətən haqqında, torpaq haqqında və eləcə də bir çox vetənpərvərlik mövzusunda olan şeirlərdən, mövzulardan bəhrələndim. Qarabağın düşmən tapdağında olduğunu anladım. Uşaq da olsam qəlbimdən Qarabağım haqqında bir kiçik şeir keçdi. Əlimə qələm alıb tez onu ağ vərəqə yazdım.
Qarabağım müqəddəsdir
Düşmən əlmizdən alıb.
O yerlərə dönmək üçün
Əsgərlərim gecə-gündüz
Serhedlərdə keşik çekirlər.
Şəhidlərimiz haqqında kitablar oxumağa maraq göstərirdim. Bir gün nənəm telefonda bir şairlə danışırdı. Nənəmin kövrəldiyini görürdüm. Nənəmə baxıb soruşdum: - Ay nənə o sənə nə deyir ki, sən ağlayırsan? Nənəm üzümə baxdı, həmin adama mənim haqqımda danışmağa başladı. Sonra isə telefonu mənə verib dedi: - Selcan Əli dayı ilə danışıram. Şairdir. Al səninlə danışmaq istəyir. Əvvəl utandım, danışmaq istəmədim. Nənəmin israrından sonra telefonu əlimə aldım və salam verdim. Dəstəyin o tayından Əli dayının səsini eşitdim.
Selcan, baba sənə qurban olar. Necəsən? Nənən deyir şeir yazırsan, baba üçün yazdığın şeirlərdən deyə bilərsənmi?
Utana-utana Qarabağ şeirini dedim. Əli baba kövrəldi. Allah, Allah buna qurban olaram. Sonra isə ağladı. Mən tez telefonu nənəmə verdim və dedim: - Nənə, Əli baba ağlayır. Elə nənəm də kövrəldi. Telefonu əlinə alıb, Əli babaya təsəlli verdi. Yenidən telefonu mənə verərək:
Selcan Əli baba səninlə danışmaq istəyir.
Telefonu əlimə aldım. Onu görməsəm də hiss edirdim ki, çox istəmişdim. Odur ki, soruşdum. Əli baba niyə ağlayırsız? O mənə öz həyatından danışdı. Ermənilərin onları öz elindən necə qovduğunu danışdı. Hətta məndən soruşdu: - Selcan de görüm babaya şeir yaza bilərsənmi? Düşünmədən hə dedim. Qələmi əlimə alıb Əli babadan belə bir şeir yazdım
Əli dayını düşmən evindən qovdu
Heç qoymadı ayaqqabısın geysin.
O, Bakıda eli üçün, veten üçün ağladı,
Düşmeninin xeyaneti üreyini dağladı.
Ertəsi gün bu şeiri Əli babaya da oxudum. O çox təsirləndi və ağladı. Şəhidlərin hər biri bizim üzün əzizdir. Mən şəhidliyin nə olduğunu anlayanda belə bir şeir yazdım. Şəhidlər şeir
Vətən uğrunda ölən şəhidlər
Gör mən neçə ildir bilmirdim ki,
Şəhid olmaq nə deməkdir?
Ay Ana, bunu mənə öyrət
Vərəqlərə, kitablara yazacağam.
Həmin şeir bir neçə qəzetdə də işıq üzü gördü. Şeirim İlk dəfə 11 yanvar 2014 –cü ildə «Qarabağa aparan yol» qəzetində nəşr olunmuşdu. Fariz Çobanoğlunun Gülsüm Adilqızı: «Min təsəlli bir acıya dərman olmasa da, Ali Baş Komandanımızın bir əmri bizi Qarabağımıza qovuşduracaq» adlı məqalədə yazırdı: - hərdən mənə elə gəlir ki, indiki körpələr torpağın qədir-qiymətini bizdən daha çox bilirlər.
Bu sətirlər balaca Selcanın düşüncələrindən qopub gəlir. Deyəsən at ili özü ilə Dədə Qorqud müdrikliyi ni, Salur Qazanın təpərini, Əkrəyin, Səkrəyin, Beyrəyin cəsarətini gətirəcək. Təsadüfü deyil ki, prezidentimiz İlham Əliyev çıxışlarıyla Dədə Qorqud filminin çəkilişinə 1 milyon manat ayırıb. Biz həqiqətən tarixi simamıza, milli, mənəvi dəyərlərimizə dönürük. At ili həm də türkün ili olacaq…


Gülsüm Adilqızı



QafqazPRESS.az
banner125x125 banner125x125