ŞƏHİDLƏR UNUDULMUR
Əsl qəhrəmanın üstünlüyü ondadır ki, o təhlükə ilə üz-üzə gələndə qorxu hissini boğub öldürür, həyatla vidalaşanda da daxili əzəmətini saxlaya bilir. Yardımlı Tarixi: - Yardımlı Vərgədüz dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-nin inzibati-iqtisadi ərazisi olmuşdur. 1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır. 1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycan SSR-nin inzibati ərazisi olmaqla 1991-ci ilədək bu tərkibdə qalmışdır. Yardımlı inzibati ərazi kimi 1918-1920-ci illərdə AXC-nin tərkibində olmuşdur. 1991-ci il 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildiyi tarixdən sonra Yardımlı müstəqil Azərbaycan Respublikasının inzibati ərazisi-rayonudur. 1974-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olumuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Ordusu tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bir aylıq hərbi təlimdən sonra qaynar nöqtə olan Qubadlı rayonuna göndərilmişdir. Döyüş şücaəti ilə bir neçə ağır döyüşlərdən keçmişdir. 1992-ci ilin oktyabr ayının 16-da Qubadlı rayonunun Güləbirt kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hal hazırda şəhidin məzarı doğulduğu Yardımlı rayonunun Çanaqbulaq kəndində dəfn olunmuşdur. Azadın məzarı ilə evi arasında və oxuduğu orta məktəb arasında olan məsafə elə bir nöqtədə yerləşir ki, evdən gəlib gedən də, məktəbə gəlib gedən də onun məzarını görüb keçirlər. Hal-hazırda oxuduğu orta məktəb onun adını daşıyır. Şəhidlik bir zirvədir. Bu zirvəni fəth etmək üçün gərək Vətəni ürəkdən sevəsən. Azər kimi. Şəhidlik nə qədər uca zirvə olsa da Ağalar ata ilə Gülzaman ana üçün dözülməzdir. Hər gün ana oğulunu düşünərək yuxuya gedir. Balasını yuxularında axtaran ana Azərini yuxuda görən gün az da olsa rahatlıq tapır. Amma oyananda yenə də Azərsiz günləri onu sıxır. Allah hər bir şəhid ailəsinə səbr versin. Azərin atası Ağalar ataya və anası Gülzaman anaya səbr və təmkin versin.Amin! Qarabağ! Hər kəsə bu ad çox qeribə gəlir. Çünki Qarabağa gedən yol iyirmi ildən artıqdır ki bağlıdır. Bəs görəsən bu yol nə zaman açılacaq?!.. Qarabağ süquta uğradı. Erməni dığaları havadarlarının hesabına Qarabağda müvəqqəti olaraq yurd saldılar. Qarabağlıların malını, mülkünü, evini meənimsədilər. Halallıqdan uzaq qaçdılar. Haqqın qapısından deyil, haramın qapısından özlərinə yol açdılar. Özlərinin olmayanı özlərinin saydılar. Amma onları da qınamıram. Yazıq millət nə etsin ki, xəmiri elə yoğrulubdur. Aldatmaq, oğurlamaq, başqasının malını mənimsəmək, torpaq işğal etmək və s. Amma onlar ermənidir, biz ki azərbaycanlıyıq, bizim öz mənliyimiz, qürurumuz var. Biz erməni ola bilmərik və erməni kimi hərəkətlər də edəbilmərik. Onlar artıq bu həyata belə alışıblar. Əgər erməni millətinin soykökünün sonuna fikir versək bunun açıq-aşkar şahidi olarıq. Marturusyan, Qriqaryan, Petrosyan və s. Bu yanların sayını daha çox yazmaq mümkündür. Bir millətin ki, soyadı yanla bitə, bunu artıq açıqlamağa qəti ehtiyac qalmır. Yan vəssəlam. Bu onu göstərir ki, başqasının uğuruna, xoş həyatına yana-yana qalıbdır. Allah bəndəni yaratdı və ona ağıl verdi. Amma xain ol demədi. Lakin bu dığaların qanı evvəldən haramla qarışdı. Hətta yeni doğulan körpənin qulağına da bu sözləri: - Sənin düşmənin türklər və azərilərdir oxuyurlar. Bu onların vicdansızlığıdır. Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır. Kimsə ona sahib çıxa bilməz. Doğrudur Qarabağ işğal oldu, bunu danmaq olmaz. Amma həqiqətin gözünə dik baxmağı da bacarmalıyıq. Qarabağ həm təxribatın, həm də keçmiş sovet ordusunun qurbanı oldu. Sovet imperiyası açıq-aşkar ermənilərə tərəf mövqe tutdu. Onları silahlandırdı, muzdlu döyüşçülərlə onları təmin etdi. Nəticədə sayseçmə oğullarımız şəhid, torpağımız işğal oldu. Kimdir günahkar?! Qarabağ uğrunda bütöv Azərbaycan ayağa qalxdı. Hamı bir yumruq kimi birləşdi. Ölümün gözünə dik baxaraq irəli getdi. Amma düşmən düşmən olduğu kimi sapı özümüzdən olan baltalar da az olmadı. Düşmən dəyirmanına su tökdülər. Elə satqınlar xalqın gözündə heçə, əsil döyüşənlər isə zirvəyə ucaldılar. Vətən o zaman vətən olur ki, uğrunda ölməyi bacaran oğulları olur. Qarabağ uğrunda ölməyi bacaran oğulların sayı-hesıbı omadı. Onlar şəhid oldular, amma yaddaşlara adlarını qızıl hərflərlə yazdılar. Belə olmasaydı Ramil Səfərov kimi, Mübariz İbrahimov kimi oğullar onlardan ibrət götürməzdilər. Qəhrəmanlar qəhrəmanlıq tarixini səfələyərək gəlirlər. Onlar ulularımızın keçdiyi yolu oxumuş və ibrət dərsi götürmüşdülər. Elə Azər də bu igidliyi babasından öyrənmişdi. Onun hünəri haqqında danışılanlara maraqla qulaq asar və elə olmaq keçərdi xəyallarından. Heç ağlına gəlməzdi ki, bir gün Azərbaycan qonşu bildiyimiz ermənilərin elan olunmamış müharibəsi ilə üzləşər. Onun üçün müharibə kinolarda həm də bir qədər şişirdici formada görünürdü. Heç ağlına gəlməzdi ki, gerçək müharibədə o da iştirak etsin və bu müharibədə şəhid olsun. Müharibəli filmlərə baxmağı sevərdi. Baharın 17 anına baxanda Ştillisin qəhrəmanlığına və onun keçdiyi döyüş yoluna heyran qalardı. Müharibədə düşmənin bütün gizli təşkilatlarının üstünü açar və adi bir sözdən böyük bir məna anlayardı. Maraqlı olan isə onun almanlarla dil tapması və onların içərisində işləməsi idi. Müharibədə almanları vəhşi kimi çəkib dünyaya göstərirdilər. Hətta yeni doğulmuş uşağı alman zabitinin ananın qucağından alıb şaxtalı bir havada açıq pəncərə qarşısına qoyması hər kəsi hiddətləndirirdi. O epizod almanlara qarşı nifrət oyadır və onları qəddarlıqda ittiham edirdilər. Azər hələ bu səpgidə olan filmlərə həyəcan keçirərdi. Qarabağ döyüşləri başlayanda Azər də çoxları kimi vətənini bütöv görmək istədi. Qarabağda qarabağlıların öz evlərinə qayıtmasını istədi. Buna görə də özünü vətən üçün fəda etdi. Orta məktəbi bitirən kimi həqiqi hərbi xidmətə çağırıldı. Ürəkli oğlan idi. Vətənə olan sevgisi sonsuz idi. Yaxşı bilirdi ki, ölkədə müharibə gedir. O da vətən üçün nəsə etmək istəyirdi.döyüş meydanında igidlər tanınar. Azərin də istəyi bu idi. Hər kəs həyatda heç olmasa bir dəfə igidlik göstərməlidir. Amma baxır kim necə igidlik göstərir. İgidlik göstərmək üçün həmin məqamdan doğru istifadə etmək kifayətdir. Yaşadığımız həyatda saysız-hesabsız hadisələrlə üzləşirik. Hər üzləşdiyimiz hadisəni də şişirtmək gərək deyil. Məsələn binada yanğın baş verən zaman içəridə qalan körpəni girib xilas etmək elə igidlik sayılır. Qəza zamanı avtomobilin partlama təhlükəsini bilərəkdən avtomobilin içində olanları xilas etmək igidlikdir və s. Lakin müharibə isə tamamilə başqadır. Hər gün göydən yağış kimi yağan mərmi və atılan bombalar. Təbii ki, oğul gərək bu döyüşdə hünər göstərsin. Azər də orta məktəbi bitirb vətənə xidmət etməyi özünə vətən borcu saydı. Bilirdi ki, düşmən qabağından qaçmaz. Lazım gəlsə ölər, amma geri çəkilməz. Gedərkən dalınca su atmışdı anası. Atası xeyir-dua vermişdi. Anasının gözlərindən süzülən yaş Azərin bağrını parçalamışdı. Əli ilə anasının göz yaşlarını siləndə demişdi: - Ana məni dünyaya gətirəndə sevinmişdin. Bilirsən niyə? – Çünki mən oğlan doğulmuşdum. Oğul isə vətən çəpəridir. Anam mənim, göz yaşlarına hakim ol. Mənim üçün ağlama. Vətən təhlükədədirsə deməli mən bu vətənin çəpəriyəm. Onu qorumaq mənim övladlıq borcumdur. Gülümsə ana, gülümsə ki, mən rahat döyüşə bilim. Ölsəm belə mənə yas saxlam. Bu vətənə canım qurban olsun. - Bu canım boyuna qurban olsun, bala. Sən nə danışırsan, Allah eləməsin. Sağ get salamat qayıt. Amma analar kövrək olur. Sənin odun-alovun içində düşmənlə üzbəüz olduğuna necə dözərəm, bala. - Dözəcəksən, başını dik tutacaqsan. Qürurla alnı açıq gəzəcəksən. Hətta şəhid olsam belə. Müharibə bilirsən ki, qurban tələb edir. Mənim öz soyköküm var. Bəs nahaq deməyiblər ot kökü üstə bitər. Mən də babalarıma oxşamaq istəyirəm ana. Bir də qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar. Mən bu adı daşıya bilmərəm. Qorxaq adını gəzdirmək ölümdən betərdir, - ana. - Boyuna qurban oğul, sən bu dilləri haradan öyrənmisən? Nəhs danışma. Bilirəm dinc durmayacaqsan. Düşmənin canına vəlvələ salacaqsan. Amma ehtiyatlı ol, bala. Komandirlərinin verdiyi tapşırıqlara əməl et. - Bilirəm, həqiqi cəsarət tək yuxarı qalxmaq üçün şar deyil, eyni zamanda aşağı düşmək üçün paraşütdür. Mən özümü doğrultmaq üçün komandirlərimdən və əsgər yoldaşlarımdan oyrənəcəyəm. Müharibənin zirvəyə qalxmağı bacaran döyüşçüləri olmalıdır. O zirvədən aşağı enmək asandır. Mən zirvədən qalan əsgər olmağıma əminəm. Bu vətən mənim üçün canımdan qiymətlidir. Ona görə də onu düşmənə vermərəm. Tək düşüncəm odur. Hər gün düşünürəm və müharibədə cəsarətli olacağım üçün özümə söz verirəm. Qorxaq o adamdır ki, təhlükə vaxtı ayaqları ilə düşünür. Mən heç vaxt ayaqlarımla deyil, ağlımla düşünərək irəli gedəcəyəm. Ermənilərin törətdiyi vəhşiliklərə tabım qalmayıb. Onların iyrənc hərəkətləri içimi yandırır. Vətənimin elə bir yeri yoxdur ki, orada qaçqınlar məskunlaşmasın. Bu bizim faciəmizdir, ana. Ölsəm ağlama. Bir şey idə unutma. Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır. Mənim sonrakı həyatım sizin üçün qürur və şərəf olacaq. Bundan arxayın ola bilərsiz. - Elə demə, oğul. Qurbanın olum. Adam yol üstündə bu qədər də nəhs danışmaz. - Qaranlığı duymasan işığa can atmazsan. Mən qorxsam, irəli gedə bilmərəm. Əsgər meydana girəndə gərək düşmən canını qoymağa yer axtarsın. - Bilirəm bala, bilirəm ki, nifrətin çox güclüdür. - Gözəl anam. Qorxaq heç vaxt əxlaqlı hesab edilə bilməz. Cəsarət, mərdlik başqa nəcib keyfiyyətləri inkişaf etdirmək üçün hökmən zəruridir. Mən döyüşə bu rahda girəcəyəm. Cəsarətlə, ürəklə. Mənim üçün müharibə düşmənə qarşı sərtlik tələb edir. Rüsvay olub yaşayan qorxaq, ya həris olar, Lakin belə yaşamaq, ölümdən də pis olar. İtirə-itirə gedirik. Torpaqlarımız bizdən imdad istəyir. Haqqını halal et, həsrətli anam. - Haqqım halalın olsun balam. Yolun uğurlu olsun balam. Müharibəni başlayanların əlləri qurusun. Düşməni zəlil olsun. Amma ehtiyatını əldən vermə, balam. Kim səndən qorxursa, qıl ondan həzər, Olsan da yüz elə şəxsə bərabər. İlan ona görə çalır insanı, Ki, qorxur çomaqla alınsın canı. Erməni dağalarının da canı o çomaqdadır. Qorxaq millətdilər bala. Lakin havadarları onlara qahmar çıxır. Torpağı başı xəritəli satdı. Milləti bir-birinə vurdu. Yolun açıq olsun. Diqqətli ol. Dualarımı üstünüzdən əskik etməyəcəyəm. Azər üçün anasını gözüyaşlı görmək çətin idi. Elə ona görə də düşmənə olan nifrəti daha da artırdı. O gün gözləri önündən anası getmədi. Anasının xeyir-duası qulaqlarında əks səda verdi. Yol gedirdi. Qarşısında vətən, qəlbində anası. Ana isə Azərdən sonra oturub hey ağladı. Boyuna qurban bala. Sən ki, hələ uşaqsan. Sən hara müharibə hara. Sən ki, silah görməmisən. O gecə ananın yuxusu ərşə çəkildi. Gözlərini yummaq istədi, Azər gəlib gözləri qabağında dayandı. Sızım-sızım sızladı ana, gen dünyası ona dar gəldi. Ciyərparəsi düşmənlə üzbəüz olan anaların gözünə yuxumu gedər. Səhəri dirigözlü açdı ana. Əl üzünə su çəkdi. Sonra həyətə düşüb Azərin gəzdiyi yerlərə həsrətlə boylandı. Küçə qapısına tərəf gəldi. Azərin qapıdan çıxarkən anasına baxan gözləri gəldi göü qabağına. Küçə qapısını açdı. Qapının tutacağını əyilib öpdü və dedi: Can bala, əlinin ətrini aldım qapının tutacağından. Görəsən nə yeyi, nə içmisən. Anan boyuna qurban mən elə bilirdim ki, sən uşaqsan. Sənin qəlbində nələr varimiş. Canım qurban olsun həmişə mərdə, Ay yaradan, fürsət vermə namərdə! İlahi sən özün qoru bu cür mərləri. Sən heç bir ananın qəlbinə bala dağı çəkmə. Kimsəni övlad acısı ilə imtahan etmə. Hamının balası sağ gedib, salamat qayıtsın. Mənim Azərim də onların içərisində. Ana artıq günlər idi ki, Azəri düşünür və əlinə heç bir iş yatmırdı. Bir axşam ananın naraht gecələrində Azər anasının yuxusuna gəldi. Əli anasının saçlarına tərəf uzatdı. Sakit-sakit əyilib anasının saçlarından öpdü. Həsrətlə solmuş simasına baxdı. Ana yuxuda balasının iyini hiss etdi. Oğlunun əllərini əlinə aldı. Qoxladı oğlunun əlini. Əlindən əsgər iyi gəldi bala. Artıq kişi olmusan. Səni tanımadım. Qalxım sənə yemək hazırlayım. Yox ana lazım deyil. İndii gedirəm. Bir neçə dəqiqəlik səni görməyə gəldim. Halını sormaq üçün bir neçə dəqiqəlik icazə aldım. Görürəm çox darıxmısan. Dedim ki, darıxma. Mən lap yaxşıyam. Özün də deyirsən ki, artıq kişi olmuşam. Vətən kişilər üçün əmanətdir, onu biz qorumalıyıq. Gələcək nəsillər bizi qınamasın deyə, biz öz vətən borcumuzu yerinə yetirməliyik. İndi isə mən gedirəm. Yenə gələcəm. Hələlik. Özündən muğayət ol. Ana yerindən qalxır. Oğlunu qucaqlayıb öpmək istəyir. Amma özünü yatağında görür. Yerinin içərisində hönkürtü vurub ağlayır. Düşünür ki, Azər doğrudan da qeyrətli oğuldur. Yuxuda da anasını təsəlli edir. Qarabağ, anaların göz yaşı. Qarabağ, həsrətli günlər. Qarabağ, şəhidlərin qanı tökülən məkan. Hamının ağır dərdi, hamının çəkdiyi bala dağı. İgidlərin qanı tökülən şəhidlər diyarı. Kimi meydanda hünər göstərdi, kimi də meydanı tərk edib qaçdı. Lakin hər iki halda yanan analar oldu. Bir ana oğlunun qeyrətinə başını dik tutdu. Bir ana oğlunun fərari olmasına başını dizləri arasında gizlətdi. Çünki oğlu qeyrət göstərib düşmənə tərəf gedir. Qəhrəmanlıq göstərə-göstərə gedir. O yolda ölüm olsa belə ölür, lakin tarixin yaddaş kitabında ölümsüzləşir. Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. Qəhrəman o adamdır ki, həlledici anda insan cəmiyyətinin mənafeyi naminə lazım olan işi görür. Azər kimi. Qorxu isə – insanın düşüncə qüvvələrini, əqlini və kamalını fəaliyyətdən salır. İnsanın daxilində qorxu güclü kök salır. Artıq o qorxu orada möhkəmlənir, insanı zəiflədir. Nəhayət o qorxu hissi fərariklə nəticələnir. O fərarinin anası isə başqa igid analarından fərqli olaraq cəmiyyət arasında xəcalət çəkir, məclisə düşəndə döyüşçü analarının yanında utanır. Analarımızı başı aşağı edən oğullar bunun fərqinə belə varmadan, çayxanalarda, restoranlarda cəsarətlə qaçmağından danışır və qürurla deyirlər: - bu döyüş mənlik deyildi. Adamı arxadan vururlar. Onlar düşünmür ki, igid meydanda gərək. Sənin sinən varsa, arxanı niyə silaha çevirirsən. Qorxu – insanın təbiətində mövcud olan ən çirkin bir hiss və uğursuz həyəcan deməkdir. Onu dəf edə bilən igid və qəhrəman sayıla bilər. Qorxu insanın ən zəif yeridir. Düşmənin qabağından qaçanların cəmiyyətdə yaşamağa haqqı belə yoxdur. Bu vətən bizimdir. Hər kəs bu vətənin üzərində gəzir. Hər kəs bu vətçənin suyundan içir. Azər həmişə Həzi Aslanovla qürur hissi keçirərdi. Onun keçirdiyi döyüş yolunun özündə Həzi qeyrəti, Həzi hünəri, Həzi mərdliyi var idi. Gəncliyini vətənə qurban verən Azərin ömür yolu çox erkən qırıldı. Bəlkə də bu onun ən böyük istəyi, arzusu idi. Şəhidlik zirvəsinə ucalmaq, şəhid ruhlarına qovuşmaq. Allahın ən çox qiymət verdiyi şəhidlik zirvəsini fəth etmək. Bu zirvəni fəth edə biləcək insanlar əsl vətənpərvərlərdir. Hər oğul bu zirvəyə ucala bilmir. Döyüş hünər meydanıdır. Döyüş cəsarətin, qeyrətin olduğu yerdir. Bacardığın hünəri göstər. Qiymətini verən tapılar. Döyüş meydanında düşmənimiz də bəllidir. İllərlə süfrəmizin başında oturub çörəyimizi yeyənlər, bir gün bizə düşmən kəsildi. Onlar dəfələrlə bizim xalqı qarşı soyqrımlar törədərək insanları məhv etmişdilər. Amma biz tarixi çox açıb ağartmamışıq. Düşünmüşük ki, qonşudur. Amma düşünməmişik ki, qonşu bir gün gəlib boynumuza ilan kimi sarılıb oturar. İt sənə dost olar bir sümük atsan, Namərd, qədir bilməz qurban da olsan. Elədir. Namərd heç vaxt nəinki qədir bilmir, hətta kəsdiyi çörəyə də qiymət vermir. Azər döyüş meydanında hünər göstərdi, şəhid oldu. Ananın yollara baxan gözlərini bir gün göz yaşları içərisində buraxdı. Anasına bir vaxtlar yola düşəndə demişdi: - Ana ola bilər dönmərəm, mənim üçün ağlama. Oğul vətənə qurban gedər. Vaxt gələr məni kimi oğlunla fəxr edərsən. Sanki ürəyinə damıbmış. Gedib qayıtmayacağı onun dilinə anidən deyil, agahdan gəlibmiş. Ananı oğulun bu sözləri yandırıb yaxdı. Balasının şəhidlik xəbəri ananı göynətdi. Bala deyib fəryad etdi. Əlini göylərə açdı. Allahını səslədi. Ya Rəbbim mənim balama qıyanları zəlil eylə. Ona əl qaldıranları tikə-tikə eylə. Ya Rəbbim mənim balam axı uşaq idi. O nə yaşadı, nə gördü. Ananın fəryadı hər kəsi ağladırdı. Kimsə ananın saçlarını yolan əlini saçlarından ayıra bilmirdi. Yazıq ananın əlləri boşaldı yanına düşdü. Taqətsiz halda yerə yıxıldı. Huşunu itirən anaya su çilədilər ana oyanmadı. Azərin ruhu anasına yaxınlaşdı. Dağınıq saçlarını tumarladı. Öpdü anasının alnından. Sonra anasından halallıq istədi. Ana ruşundan halallıq istəyiməm. Nə olar haqqını halal et. Sənin huşsuz halına qurban olum, ana,t qalx üzmə məni. Bax ana, yanındayam. - Oğul, bəs dedilər, didim ağzım qurusun şəhid olmusan? - Ana nə olar, o sözü demə. Məni şəhidəm. Bunun üçün sevin ana. Qalx, ana, qax. Şəhidinin məclisini yola ver. Şəhid anası Allahın verdiyi bu nemətə sevinər, ağlasa da sevincdən ağlayar. Ana Azərinə sarılmaq onu öpmək istədi, amma Azər artıq qeyb olmuşdu. Ananı gətirib çarpayıda uzatdılar. Bir neçə dəqiqədən sonra özünə gələn ana qalxıb mat-mat ətrafına yığılanlara baxdı. Hər kəsin gözləri qızarmışdı. Azərin müsibəti hamını soldurmuşdu. Ana məclisə gələnlərə qoşuldu. Onlarla bərabər oturub bala vayına imam mərsiyəsi deyənlərə qoşuldu. Çünki Azəri də imamlarımızın yolunu getmişdi. Azəri də şəhid olmuşdu. Ananın qəlb çırpıntısına yenə də Azərin ruhu toxdaq olmuşdu. Ana oğul böyütdü, boylu-buxunlu. Boyunu oxşadı. Ana oğullarını arxa sandı. Amma Azər oğullarının cərgəsindən ayrıldı. İmamlarımızın cərgəsinə qoşuldu. Ana Azərinin toysuz yasına ağladı. Amma Azər bəy otağına axirətdə qurdu. Ana Azərin axirətinə, şəhidliyinə, hünərinə heyran qalaraq öz-özünə deyirdi: - Balamın dilinə gələnləri ona Allah dedizdiribmiş. Gözəl Allahım, balamın axirətini gözəl eylə. Onu sən vermişdin. Sən də apardın. Mən sənin mənə verdiyin o gözəl neməti vətənpərvər böyütdüm və sənə istədiyin şakildə göndərdim. Günahları varsa, bağışla balamı, ya Rəbbim. Dualarımız onlar üçündür. Amma onların bu dualara heç ehtiyacı yoxdur. Çünki onlar Allah dərgahında cənnətlə müjdələnib və Allaha bizdən qat-qat yaxındırlar. Bəlkə də bəzən səbrli olmağımızın da səbəbi onların dualarıdır. Biz onu görə bilmirik. Axı şəhidlər ölmür. Onlar yaşayır. Azərin birinci sinif müəllimi Əliyev Təhməz Covze oğlunun dediklərindən: - Azər haqqında çox danışmaq olar. Azər ürkək addımlarla birinci sinfə gələndə sinif yoldaşları kimi haylı-küylü oğlan idi. Oğlan olaraq adama əvvəllər suallar verərdi. Yalan danışmağı, xəbərçiliyi heç sevməzdi. Dərslərini də yaxşı oxuyardı. Davamiyyəti və intizam qaydalarını heç pozmazdı. Sonralar sinifdən sinifə keçdikcə ciddi görkəm alırdı. İllər ötdü, o otra ibtidai məktəbi bitirdi. Yuxarı sinifə keçəndən sonra müəllimləri dəyişdi. Mən artıq yenidən birinci sinif şagirdlərini qəbul etdim. Amma Azər məni hər dəfə məktəb koridorunda görəndə qabağıma gəlib, ədəb-ərkanla salam verərdi. Bilirdim ki, onun qəlbi gül kimi təmizdir. Vətənpərvər oğlana oxşayırdı. Mənim onun haqqında deyəcəklərimin bariz nümunasi elə onun vətən uğrunda şəhid olmasıdır. O zaman sinifimizdə 20 nəfər şagird var idi. Onların hər birinin özünəməxsus xüsusiyəti var idi.. Lakin Azər onlardan az da olsa fərqli idi. Çünki dəliqanlı oğlan idi. Həm də bir qədər də çılğınlığı var idi. Mənə elə gəlirdi ki, onun haqqında danışmaq çətin olmaz. İdmana həvəsli bir oğlan idi. Eləcə də dlstlar arasında özünə hörmət qoyan oğlan idi. Dərsinə gecikməzdi. Çünki məktəb onun üçün tərbiyə ocağı olduğu kimi, həm də el və vətənpərvərlik, elmin inkişafı üçün bilik mənbəyi idi. Artıq o illər arxada qalıbdır. Dünən mənim sinifimdə parta arxasında şagird kimi oturan bir şagirdim, bu gün mənim dərs dediyim məktəbin adını daşıyır. Bir müəllim üçün bundan böyük sevinc ola bilməzvarp. Uşaqlar bizim gələcəyimizdir. Biz onların əməlləri ilə necə uşaq olduğunu az da olsa görə bilirik. Azər bizə sübut etmişdi ki, onda kişi qeyrəti var. Çünki sinifdə qızlara hörmət və onlara qarşı diqqəti, nəzakəti sübut edirdi ki, vətənin bu günün qızları sabahın analarıdır. Ona görə də qadına və qıza onun sevgisi sonsuz idi. Aradan illər ötür. Azər şəhidlik adı ilə yenidən məktəbimizə qayıdıbdır. Biz onun cəsarəti qarşısında baş əyirik. Bu gənc əsgərin dayanan həyatının davamını bu gün onun partasında oturan şagirdlərimiz davam edir. Tağıyev Niyaz Feyruz oğlunun dediklərindən: - Azərin sinif rəhbəri olmuşam. Onun haqqında danışmaq mənim üçün daha asandır. Çünki mən tarix müəllimi işləyirəm. Tariximizi şagirdlərƏ çatdırmağa çalışıram. Azər də öz həyat tarixini əlləri ilə yazdı. Mən tarix müəllimi olaraq onun adı ilə fəxr edirəm. Tarix bizim beynimiz deyil kitablarımıza yazılmalıdır və nəsildən nəsilə çatdırılmalıdır. Bizim tariximiz daim ermənilər tərəfindən tapdalanıbdır. Çünki başqa böyük dövlətlər ermənilərə havadarlıq edərək torpaqlarımızı işğal etdilər. Çünki ermənilər zaman-zaman işğalçı mövqedə durublar.onların düşmənçilik iddiası açıq aşkardır. Bunun üçün də bu gün şagirdlərimiz öz tarixini dərindən öyrənməyə çalışırlar. Onlar istəyirlər ki, torpaqlarımızı murdar erməni dığalarından təmizləsinlər. Mənim üçün iki epizod çox təsirlidir. Biri epizod Ramil Səfərovun Macarıstanda bayrağımızı müdafiə etməsi və ikinci isə Mübariz İbrahimovun göstərdiyi şücaət hələ də şagirdlərimizi düşündürür. Hətta şagirdlərimiz Ramil Səfrovun həbsdən çıxmasına görə bayram etdilər. Onlar o qədər suallar verirdilər ki, onların sualları dərsimizin də keçməsinə manne olurdu. Amma Ramil kimi oğulu tanımaq və onların hünəri bu gün bizim şagirdlərə örnəkdir. Azər haqqında danışan müəllimlərin sözləri də bir gerçəkdir. Azər bizim məktəbin qəhrəmanlıq simvoludur. Məktəbimizdən yeganı şəhiddir. Onun adını başqa şəhidlər arasında qnürurla çəkirik. Hətta yazı işlərimizdə, inşalarda şagirdlərimiz Azər haqqında yazmağa daha çox üstünlük verirlər. Bizim cəsur oğlanlarımız çoxdur. Onların qeyrətlə Qarabağın qayğısına qalmağa və Qarabağı müdafiə etməyə gücləri də çatar. Lakin biz bilirik ki, düşmən bizim hər addımımıza göz qoysa da onlar öz güclərinə heç nə edə bilməzlər. Çünki onların gücü yox, yaltaqlıq əlamətləri güclüdür. Meydan hərəkatı o zaman gənclərimizin arasında güclü birlik yaratmışdı. Zamanla bu birlik parçalanmağa başladı. Dövlət çevrilişləri, eləcə də vəzifə davası Qarabağın işğalına geniş yol açdı. Bizim gənclərimiz, eləcə də əsgər və zabitlərimiz irəli getmək imkanlarına qadir idilər. Silah sursatın olmaması, eləcə də texnika çatışmamazlığı Qarabağın işğalına səbəb oldu. İnanıram ki, Qarabağ azad olacaq. Çünki bir vaxtlar Azərbaycanın himni də boğulmuşdu. Yenidən Müstəqil Azərbaycanın himninə çevrilən himnimiz haqqında ulu öndər Heydər Əliyevin dediklərini demək istərdim. Heydər Əliyev çıxışında deyirdi: - Üzeyir Hacıbəyov böyük vətəndaş olmuşdur. O, 1918-1920-ci illərdə ağır bir dövrdə, Azərbaycanın ilk müstəqil respublikasının fəaliyyət göstərdiyi bir vaxtda Üzeyir Hacıbəyovun yaradıcılığı əvəzsizdir. Üzeyir Hacıbəyovun fəaliyyəti ondan sonrakı dövrdə də fövqəladə əhəmiyyətli və əvəzsizdir. Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır. Onun doğulduğu dövr, mədəniyyət xadimi dünyaya gəldiyi dövr çar Rusiyasının hakimiyyəti dövrü idi. Ondan sonra Azərbaycanda Sovet hökuməti quruldu və hakimiyyət 1991-1992-ci illərə qədər davam etdi. Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq xalqına xidmət etmişdir. Üzeyir Hacıbəyov anadan olduğu 1885-ci ildən 1948-ci ilə qədər, yəni dünyasını dəyişənə qədər Azərbaycan xalqının görkəmli bir oğlu olmuşdur, Azərbaycan xalqına xidmət etmişdir və hansı sistemdə olursa-olsun bütün imkanlarından istifadə edərək xalqını daim irəliyə aparmışdır. Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk himnini yaratmasıdır. O himni sonra kənarlaşdırıldı. 1945-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni himni yarandı. Onu da Üzeyir Hacıbəyov yaratdı. Nəhayət, Azərbaycan müstəqilliyini əldə edəndən sonra Üzeyir Hacıbəyovun 1919-cu ildə yaratdığı, hamımızın həddən artıq sevdiyimiz Dövlət himnini bərpa etdik. Bunlar hamısı Azərbaycanın tarixidir. Bunlar hamsı Üzeyir Hacıbəyovun həyat yolunun, yaradıcılığının mərphələləridir. Üzeyir Hacıbəyov gəncliyini Şuşada keçirmişdir. Şuşa hər bir azərbaycanlı üçün əziz, müqəddəs bir şəhərdir. Üzeyir Hacıbəyov daim Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşdur. 1918-1920-ci illərdə yazdığı məqalələri oxuyarkən düşünürsən: bu sözlər bu gün üçün nə qədər aktualdır! O vaxtkı vəziyyət bu gün yenidən meydana çıxmışdır. Ermənistanın Azərbaycana qarşı qəsbkarlığı, torpaqlarımızı ələ keçirmək cəhdi və vətənpərvər insanlarımızın ölkəmizi qoruması o vaxt da belə olmuşdur. Üzeyir Hacıbəyov o vaxtı bu yolda çalışmışdır, bu gün də, təəssüf ki, tarix belə gətirmişdir. Biz hamımız birlikdə Üzeyir Hacıbəyov kimi insanların qoyduğu yol ilə gedərək Azərbaycanın müstəqilliyini, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa çalışırıq. 1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini də. Onlar Üzeyir Hacıbəyovun, Bülbülün, Natavanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər biruzə verdilər ki, o heykəlləri güllələdilər. O heykəllər əsirlikdən xilas edildi, Gürcüstan vasitəsilə Azərbaycana gətirildi, indi İncəsənət Muzeyində nümayiş etdirilir. Onları ziyarət edənlər görürlər ki, Üzeyir Hacıbəyovun özünə vurmağa çalışıblar, ancaq vura bilməyiblər. İndi isə onlar o güllələri onun heykəlinə vurublar. Bunlar bizim üçün ağır, əzabverici hadisələrdir. Ancaq bu həqiqətdir və bu həqiqət də onu göstərir ki, nə qədər vəhşilik ola bilər. faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Ermənistan işğalçılarının məhz bunu sübut edir. Ancaq erməni işğalçıları heç də bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natavan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox ola bilməz! Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Nəyin bahasına olur-olsun, hansı yolla olur-olsun Şuşa da, Qarabağ da, işğal edilmiş bütün torpaqlarım da azad olunacaq – Azərbaycan xalqının iradəsi ilə azad olunacaq. Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Rəhmanov Qulam Həmzə oğlunun deyiklərindən: - Məktəb uşaqların gündəlik həyatının bir parçasıdır. Onlar gününün 5-6 saatını məktəbdə keçirirlər. Biz müəllimlər onları doğma övladımız kimi tərbiyələndirir və elmin inkişafında əlimizdən gələni edirik. Hər bir şagir müəllim yaddaşında ömürlük qalır. Onların hərəkəti və davranışı bizim üçün maraqlı olduğu kimi həm də düşündürücüdür. Maraqlıdır ona görə ki, hiss edirsən ki, bu şagirddə maraq nəyədir, düşündürücüdür ona görə ki, bəzən hisslərimiz bizi aldada da bilir. Məktəb hər kəsin ömrünü verdiyi on ilin keçən xatirələridir. Müəllim ömrü də belə keçir. Şagirdlərlə birlikdə olmaq, onların bilik və mədəniyyətini dəyərləndirmək və s. Azər bizim məktəbin şagirdi olubdur. Ailə tərbiyəsi görmüş bu oğlanda hərdən şıltaq anlarını da görmək olurdu. Amma hərdən də ciddi görkəm alar, sanki düşüncələri ilə uzaqlara gedərdi. Hər kəsə bəllidir ki, 1988-ci ildən başlayan ixtişaşlar hər kəsin ovqatına soğan doğradı. Hamı bir yumruq kimi birləşdi və bir olub azədlığımız uğrunda mübarizəyə qoşuldu. Azər o zaman hələ orta məktəbdə oxuyurdu. Elə bil ki, cərəyan edən hadisələr Azəri də təsirləndirmişdi. Tez-tez biz müəllimlərə suallar verəçr və ermənilərin bu qədər torpaq iddiasında olmalarının səbəbini öyrənməyə çalışardı. Doğrusu biz müəllimlər şagirlərə öz övladı kimi baxırıq. Müharibə böyük bəladır, bunu bilməyən yoxdur. Amma bu bəla olan müharibədəe çox anaların canı yandı. Elə Azərin anasının da canı yaman yandı. Bala deyib balasını istədi. Lakin balasını ona verən olmadı. Quş olub göylərə qalxmaq, balasının xidmət etdiyi yerə getmək istədi, lakin qanadı olmadı. Erməni dığalarına etirazını, nifrətini bildirmək istədi, buna artıq taqəti qalmamışdı. Çünki ciyərparəsi artıq şəhid olmuşdu. Necə dözəcəkdi bu dərdə. Məktəbimizin oğlanları müharibə odunun ağrı və acısını dərindən dərk edirdilər. Onların hər biri müsəlləh əsgər olub vətən üçün döyüşə hazır idilər. Bizim içimizdə hər zaman bir qorxu hissi gizlənirdi. Şagirdlərimzin şəhid olma qorxusu. Vəziyyətin gərgin olması hər kəsi üzürdü. İstəmirirdik şəhid verək. Torpağımızı da bütöv görmək istəyirdik. Yardımlıdan neçə-neçə oğul şəhid oldu. Onların şəhidlik xəbəri hər kəsin ürçəyinə dağ çəkirdi. Zaman keçib, illər ötüb, lakin o şəhid ruhları hələ də narahatdır. Elə biz müəllimlər də, şagirdlər də narahatdır. İnsan həyatını məhv edən müharibələrin yolu ölümdə başa çatır. Azərin ömrü başa çatmadı. Əksinə Azərin ömrünün zirvələrə qalxmış əbədi davamı gələcək nəsillər üçün qəhrəmanlıq səlnaməsi açdı. Məktəbimiz indii Azərin adını daşıyır. Biz müəllimlər hər gün uşaqlara Azərin şücaətlərindən danışırıq. Onların hər birinin vətənpərvər ruhda böyüməsinə yol göstəririk. Onun oturduğu partada oturan şagirdlər özünü xoşbəxt sayırlar. Ona oxşamağa çalışırlar. Vətən sevgisi məktəbdən başlayır. Hərbi dərslərimizdə uşaqların hərbə olan marağını yüksəltməyə can atırıq. Şagirdlərin hər birində hərbə maraq güclüdür. Onlar bilirlər ki, torpaq işğaldadır və vətənə vətəni qorumaq üçün oğullar gərəkdir.
Gülsüm Adilqızı
Moskva «Vətən çağırır» qəzetinin baş redaktoru
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR