» » Çex XİN rəhbəri Bakıda

Çex XİN rəhbəri Bakıda

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 iyun 2014
//
Bölmə: Siyasət
Çex XİN rəhbəri Bakıda


Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycan Respublikasında rəsmi səfərdədir.

ANS PRESS-in Xarici İşlər Naziriliyinə istinadla verdiyi məlumata görə, səfər çərçivəsində Lubomir Zaoralekin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Nazir Elmar Məmmədyarov ilə Çexiya xarici işlər naziri Lubomir Zaoralek arasında olacaq görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən bu ilin 3 iyun tarixində saat 09:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.


QafqazPRESS.az
banner125x125 banner125x125