» » Hacıbala Abutalıbovun göz yumduğu balkonlar təhlükəlidir

Hacıbala Abutalıbovun göz yumduğu balkonlar təhlükəlidir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: Sosial
Hacıbala Abutalıbovun göz yumduğu balkonlar təhlükəlidir


Vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur.

Azadxeber.net anspress-ə istinadən xəbər verir ki, hazırda Azərbaycanda çox təsadüf olunan hallardan biri də vətəndaşların yaşadıqları bina evlərinə əlavə dəyişikliklərin edilməsidir. Yaşayış sahəsinin kiçikliyini səbəb gətirərək çox vaxt vətəndaşlar əlavə eyvanlar artırırlar. Təbii ki, edilmiş bu əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Hündürmərtəbəli yaşayış binalarında bu cür dəyişikliklərin edilməsi mümkünsüz olsa da, bu cür hallara demək olar ki, beşmərtəbəli binaların hamısında rast gəlinir.

Memar Aytəkin İmranovanın sözlərinə görə, bina layihələndirilən zaman bütün konstruksiyalar ölçülərək, üzərinə düşəcək ağırlıq hesablanır: “Qanunsuz olaraq tikiliyə edilən müdaxilə isə həm binanın ömrünü azaldır, həm də ərazidə yaşayanlar üçün təhlükə yaradır”.

Mənzil darısqallığı səbəbindən vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur.

Ekspertlər hesab edirlər ki, ancaq zəruri və razılıq əsasında bunu həyata keçirmək mümkündür. Vətəndaş tərəfindən yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıq və mütləq memar rəyi olmalıdır. Əgər tikiliyə edilmiş əlavə və dəyişiklik yüksək elektrik xəttlərinə maneə törədirsə, bu zaman qanunsuz tikiliyə cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə tikili və şəhərsalma qaydalarını pozarsa, tikinti sahibi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşımalıdır.


QafqazPRESS.az
banner125x125 banner125x125