» » Bakıda qanunsuz kanalizasiya xətti çəkilir

Bakıda qanunsuz kanalizasiya xətti çəkilir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Sosial
Bakıda qanunsuz kanalizasiya xətti çəkilir


Suraxanı rayon Sukanal Departamenti: "Həmin bina üçün onlardan heç bir texniki şərt alınmayıb"
Yeni Günəşli qəsəbəsi 14 saylı binanın bir addımlığında qazıntı işləri aparılır. Bu isə demək olar ki, bütün bina sakinlərinin rahatlığını pozub. Ağır texnikaların səsindən gecəsini gündüzünə qatan sakinlər ərazidəki qazıntı işlərinin qanunsuz aparıldığını iddia edirlər. Məqsəd isə yaxınlıqdakı hündürmərtəbəli binaya kanalizasiya xətti çəkməkdir. Sakinlərin dediyinə görə, xəttin çəkilişi podratçı şirkətlərdən biri tərəfindən həyata keçirilir, amma onların bu işi görmək üçün heç bir hüquqi əsası yoxdur.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, sakinləri narahat edən həm də qazıntı işlərilə əlaqədar ərazidəki yaşıllıqların da məhv edilməsidir. Tək bu deyil, həm də köhnə kanalizasiya köhnə xəttinin yenisiylə birləşdirilməsidir.

Şikayətçi Manisə Hüseynova bildirir ki, əgər onu bizim xətlə birləşdirsələr, köhnədir, tab gətirməyəcək partlayacaq: “Sonra bütün çirkab sular evimizə dolacaq, antisanitar vəziyyət olacaq. Ondan sonra bu evlər nə satılacaq, nə də kimsə bura köçəcək”.

Daha sonra narazı sakinlərlə birgə yollandıq adıçəkilən hündürmərtəbəli binanın yerləşdiyi əraziyə. Binanın inşasını həyata keçirən məsul şəxslərdən heç kimlə əlaqə saxlaya bilməsək də mühafizəçidən lazımi məlumatları öyrənə bildik. Sakinlər qazıntı işlərinin qanunsuz apardığını iddi etsələr də, özünü təqdim etməyən mühafizəçi bütün işlərin qanun çərçivəsində görüldüyünü bildirdi: “Hətta icra da bilir, o, özü tapşırıb ki, heç bir maneə yaradılmasın. Buradakı işi camaat 10 ildir ki, gözləyir. Bu xətt çəkiləcək, heç kim də maneə yarada bilməz.

Məsələ ilə bağlı Suraxanı rayon Sukanal Departamenti ilə əlaqə saxladıq. Qurumun rəsmisi Nizaməddəin müəllim bildirdi ki, həmin bina üçün onlardan heç bir texniki şərt alınmayıb və qazıntı işlərini “Azərsu” ASC yox, podratçı şirkət həyata keçirir. Bunun üçün müvafiq icazəni yalnız icra hakimiyyəti verə bilər. Belə olan təqdirdə yollandıq Suraxanı Rayon İcra Hakimiyyətinə. Qurumun mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov məsələdən məlumatlı olduqlarını və onlara ərazidə hüquqi sənəd olmadan heç bir qazıntı işi aparlmasına icazə vermədiklərini bildirdi.

Hər halda hər bir iş qanun çərçivəsində və insanların rahatlığını pozmadan görülsə, daha yaxşıdır. Odur ki, məsul şəxslər məsuliyyətlərini bir az da dərk edib başqalarını da düşünməlidirlər.



QafqazPRESS.az
banner125x125 banner125x125