QafqazPRESS » Sosial » Sürət həddi azaldıldı - Sürücülərin nəzərinə

Sürət həddi azaldıldı - Sürücülərin nəzərinə

Sürət həddi azaldıldı - Sürücülərin nəzərinə






Paytaxtda bir sıra yollarda sürət həddi azaldılıb.

Hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 km/saat endirilib.

Qeyd edək ki, səhər saatlarında paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saata qədər endirilib.

Baxanlar: 534
Xəbəri dərc etdi: Sevinc Novruzova






© Copyright ²°¹³ QafqazPRESS.Az | Saytın Təsisçisi və Baş Redaktoru Xatirə Rəhimli
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.