Yol Polisindən yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çox olduğundan bu, yol-nəqliyyat hadisəsinin baş verməsini qaçılmaz edir. Bu baxımdan, avtomobil sürücülərindən xahiş edirik ki, digər günlərə nisbətən daha diqqətli olsunlar, sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan artıq saxlasınlar”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, hazırkı hava şəraitini nəzərə alaraq, havaların yağışlı və çiskinli olması, paytaxtın bəzi küçə və prospektlərində gölməçələrin yaranmasına səbəb olub:
“Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına artıq məlumat verilib. Bununla yanaşı həmin ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təşkil edilməsi üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilimiş iş rejimində xidmət təşkil edilib.
Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, avtomobilin şüşəsilənlərini, təkərlərin mövsümi şəraitə uyğun təmin edilməsini və işıq cihazlarının saz vəziyyətdə olmasına eləcədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etməlidirlər”, - deyə xəbərdarlıqda qeyd olunub.
Eyni zamanda, sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almaları tövsiyə olunur. Çünki yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar.
Piyadalardan isə mövcud vəziyyəti nəzərə alaraq ancaq səki ilə hərəkət etmələri, avtomobil yollarına çıxmamaları tövsiyə edir.
Xatırladaq ki, bu işdə Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələrinin əməkdaşları da Dövlət Yol Polisinin əməkdaşlarına köməklik göstəriblər.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR