» » Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 mart 2019
//
Bölmə: Sosial

Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək.
  Bu azərbaycanlı hakimlərə diplomatik pasport veriləcək

Qafqazpress.az-ın xəbərinə görə, parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.
“Yəni dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”, - deyə komitə sədri əlavə edib.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
banner125x125 banner125x125