“Diqlas” ticarət mərkəzi söküləcək
Bir müddət əvvəl yanğın baş vermiş “Diqlas” ticarət mərkəzi söküləcək.
FHN-dən ONA-ya bildirilib ki, ticarət mərkəzinin sökülməsinə mütəxəssislər tərəfindən rəy verilib.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR