» » ON RAYONUN SAKİNLƏRİNƏ XOŞ XƏBƏR

ON RAYONUN SAKİNLƏRİNƏ XOŞ XƏBƏR

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 aprel 2019
//
Bölmə: Sosial
   ON RAYONUN SAKİNLƏRİNƏ XOŞ XƏBƏR

Səyyar ASAN xidmət 28 mart-16 aprel Neftçala, Zərdab, Mehdiabadda, 28 mart-26 aprel Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, 15 aprel-4 may Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ONN media “ASAN xidmət”in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

– Notariat fəaliyyəti;

– Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

– Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

– Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

– Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

– Əmək pensiyalarının təyin edilməsi;

– Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

– Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

– “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər.
banner125x125 banner125x125