Şəhid anasının pulunu kəsiblər: “İmişli DSMF sədri deyir ki, oğlun şəhid olmayıb” - Video
Azərbaycanda hər cür analoqsuz məmur özbaşınalığına rast gəlinib. Amma beləsi ilkdir. Söhbət 22 il sonra şəhidlik statusunun ləğv edilməsindən gedir
Sensasiya TV bu dəfə İmişlidə inanılmaz bir hadisəyə işıq salıb. Rayonun Qaragüvəndikli kənd sakini Salmanova Şərqiyyə şəhid anasıdır.
O, 22 ildir ki, şəhid anası kimi müavinət alır, əlində şəhid anası vəsiqəsi və statusu təsdiqləyən kağız var.
Lakin onun ötən ay şəhid anası kimi aldığı müavinət kəsilib. Yaşlı qadına 22 il sonra bildirilib ki, oğlun şəhid olmayıb, guya hansısa zabitimiz tərəfindən qətlə yetirilib.
Görəsən bu ağıldan bol şəxslər hardan müəyyən edib ki, Ş.Salmanovanın oğlu zabit tərəfindən qətlə yetirilib? Bunu təsdiqləyən istintaq materialları, məhkəmə qərarı haradadır?
Qatilə nə vaxt hökm oxunub, necə bu qərarı əsaslandırıblar? Növbəti sual - bəs 22 ildir bu anaya niyə müavinət verilib, şəhid anası vəsiqəsi var?
“Oğlum 1998-də şəhid olub. Mənə şəhidlik vəsiqəsi təqdim olunub. Hamıya 200-300 verilirdi, mənə 100 manat veriblər.
Onu da kəsdilər. Dedilər ki, oğlun şəhid deyil. Balamın Tərtərdə hərbi hissəsinə getdim. Heç bir söz deyilmədi.
İmişli DSMF sədri deyir ki, oğlun şəhid olmayıb, zabit onu öldürüb. Mən bundan sonra iki dəfə infarkt keçirmişəm. Baladan əziz nə var? Zülmlə övlad böyütmüşəm, indi mənə görün nə deyirlər...”
Ş.Salmanova üzləşdiyi qanunsuzluq və haqsızlıqla bağlı prezident İlham Əliyev, I vitse-prezident Mehriban Əliyeva, müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən kömək istəyib.
O, şəhid anası olaraq bu ədalətsizliyə son qoyulmasını xahiş edib. Üstəlik, İmişli DSMF sədrinin bu addımının araşdırılmasına ciddi ehtiyac var.

Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR