MÜƏLLİM VƏ HƏKİMLƏRLƏ BAĞLI UNİKAL TƏKLİF
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir.
Qafqazpress.az xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci ilü zrə illik məruzəsində qeyd edilib.
Məruzədə təklif edilir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisəsində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlər tətbiqi edilsin. Bu məqsədlə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”na müvafiq bəndin əlavə edilməsi təklif edilir.
Bu binalardan mənzil ala bilməyəcəksiniz
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR