» » ARB ƏMƏKDAŞINI BU STATUSA GÖRƏ QOVDU

ARB ƏMƏKDAŞINI BU STATUSA GÖRƏ QOVDU

Müəllif: Səma Zərdablı
//
Tarix: 13 iyun 2019
//
Bölmə: Sosial
ARB ƏMƏKDAŞINI BU STATUSA GÖRƏ QOVDU


Qafqazpress.az xəbər verir ki, ARB Media Qrupunun bölgə müxbiri Əlibəy Zeynallının Feysbukda yazdığı statusa görə işdən azad edilməsi həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs müxbirin zarafatyana yazdığı statusa görə işdən azad edilməsinin haqsızlıq olduğunu deyib.
Məsələ ilə bağlı açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Ozal İbrahimli bildirib ki, bölgə müxbirinin belə bir status yazması peşəkarlıqdan uzaq addımdır:
“Məhz bu səbəbdən onun işdən azad edilməsinə qərar verilib”.
.Qeyd edək ki, ARB Media Qrupu bölgə müxbiri Əlibəy Zeynallının Feysbukda “Hörmətli “rusdilli azərbaycanlılar”, Allah sizi öldürsün” (“Uvajaemıye “ruskoyazıçnıe azerbaydjançı”, Allah sizi öldürsün”) deyə yazdığı statusa görə işdən azad edildiyini açıqlayıb. Böyük əksəriyyət isə yazı üslubuna əsasən bu sözlərin zarafat olduğunu bildirib və buna görə işdən qovulmasının doğru olmadığını qeyd edib.
banner125x125 banner125x125