Ramil Usubov polkovniki işdən çıxardı
13:00
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi təsdiqləndi. İdarədən Milli.Az-a polkovnikin işdən çıxarılmasını belə təsdiqlədilər: “Nadir müəllim artıq evdədir. Təqaüdə çıxıb, 55 yaşı tamam olmuşdu”.
---------
12:31
Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Milli.Az xəbər verir ki, bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub.
Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub. Həmin skandalda yol polisi əməkdaşlarının da adı hallanıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR