» » “BİLMİRƏM BU DÖNƏR EŞŞƏK ƏTİNDƏNDİR, YOXSA AT…” – VİDEOREPORTAJ

“BİLMİRƏM BU DÖNƏR EŞŞƏK ƏTİNDƏNDİR, YOXSA AT…” – VİDEOREPORTAJ

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 iyun 2019
//
Bölmə: Sosial





“Bilmirəm bu dönər eşşək ətindəndir, yoxsa at…” – VİDEOREPORTAJ
18 İyun 2019 - 14:57
Bakıda fəaliyyət göstərən dönərxanalardakı vəziyyət zaman-zaman müzakirə olunub. Ən çox da həmin iaşə obyektlərinin sanitar-gigiyenik normalara cavab verib-verməməsi və ətin keyfiyyəti ilə bağlı tələblər danışılır, yazılır.

Dönərxanlarla bağlı ən son hadisələr Bakıda baş verib: martın 13-də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 tələbə zəhərlənib. Aprel ayında isə mediada Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin dönər aparatına asılan əti yeməsini əks etdirən görüntülər yayılıb. Bu görüntülərdən sonra fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb. Araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Nəticədə sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib.



“Report”un əməkdaşları hazırda dönərxanalardakı vəziyyətin necə olmasını öyrənmək üçün Bakıda fəaliyyət göstərən obyektlərə baş çəkib.
“BİLMİRƏM BU DÖNƏR EŞŞƏK ƏTİNDƏNDİR, YOXSA AT…” – VİDEOREPORTAJ

Bakı Dövlət Universitetinin qarşısından sıra ilə düzülmüş dönərxanaların xidmətindən daha çox tələbələr istifadə edir. Alıcıların 1-1,5 manat civarında olan qiymətlərdən razılığı obyektlərin qarşısındakı növbələrdən aydın olur.

Tələbə olduğunu deyən gənc bildirir ki, qiymətin 1 manat olması onun büdcəsi üçün sərfəlidir:

“Əsas odur qarnım doyur. Ətin keyfiyyətli olması barədə isə fikrim yoxdur. Qiyməti ucuz, özü isə dadlıdır”.

Digər şəxs isə qiymətlərin və keyfiyyətin hər yerdə eyni olduğunu deyir: “Yəqin ki, sağlamlığımıza ziyanı var, amma ac olanda onu firikirləşmək bir az çətin olur”.

Bir başqa tələbə xanım isə ümumiyyətlə, dönər yemədiyini deyir: “Dönərxanalardakı vəziyyətin acınacaqlı olduğu bəllidir. Xüsusilə yol kənarında balaca obyektlərdə fəaliyyət göstərən dönərxanalar anti-sanitariya qaynağıdır. Biz heç bilmirik ki, oradakı ət həqiqətənmi sağlam ətdir, ya yox”.

Orta yaşlı kişi dönərdən tək özünün deyil, övladlarının da imtina etdiyini bildirir: “Mən bilmirəm oradakı ət həqiqətən mal ətidir, yoxsa, ölmüş eşşək və ya at. Hələ istifadə etdikləri qabların, alətlərin təmizliyi şübhə altındadır. Yeməməyə üstünlük verirəm”.

Baxdığımız obyektlərdə işləyən satıcılar ətin keyfiyyətli olmasını təsdiq etmək üçün Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədi göstərdi: “Bu da sənədimiz. O olmasa burda işləyə bilərik? Dönərxana qanunsuz işləmir”.
Müraciət etdiyimiz digər dönərxanaların da əksəriyyəti müvafiq sertifikatının olduğunu bildirərək həmin sənədi təqdim etdi.
Lakin bir dönərxananın sertifikatın etibarlılıq müddətinin bitməsi diqqətimizdən qaçmadı. Həmin satıcı yeni sertifikat üçün müraciət edəcəklərini bildirdi.
Dönərxana işçilərinin bəziləri xüsusi geyim geyinsələr də, digərlərində bunu görmədik. Onların başlarında kalpaq, üzərlərində önlüyün və ya xüsusi formanın olması vacib hesab edilir.
Digər obyektdə çalışan dönərçi dönərin ətinin təmiz olduğunu özlərinin də burada qidalanması ilə əlaqələndirdi: “Təmiz, sağlam ət olmasa özüm yeyərəm? Bahalı yerdə satılan dönərin də əti bizim gətirdiyimiz yerdən gəlir”.
6-7 dönərxananın demək olar ki, hamısında yalnız toyuq dönəri satılırdı. Satıcılar bunu havanın isti keçməsi ilə əlaqələndirirlər: “Hazırda ancaq toyuq dönəri satırıq. Çünki havalar istidi mal əti qalanda iylənir. Bu da bizə sərf etmir. Ət dönəri alan da elə çox olmur. Bir vaxtlar ölkədə toyuq dönərinin satışında məhdudiyyətlər vardı. Hazırda məhdudiyyət aradan qaldırılıb və baytar, sanitar-gigiyena qaydalar çərçivəsində hazırlandığı halda, heç bir problem yoxdur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirir ki, təkcə dönərlə bağlı deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə AQTA-nın (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat vermək olar.
banner125x125 banner125x125