» Bakıda 7 tələbə dönərdən zəhərləndi

Bakıda 7 tələbə dönərdən zəhərləndi

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 mart 2019
//
Bölmə: ---
 Bakıda 7 tələbə dönərdən zəhərləndi



Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
İstixeber.info virtualaz.org-a istinadən xəbər verir ki, onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.
Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.
Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.