» » Enerji içkiləri məhz bu səbəblərə görə faydalı hesab olunur

Enerji içkiləri məhz bu səbəblərə görə faydalı hesab olunur

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 iyul 2019
//
Bölmə: Sosial
 Enerji içkiləri məhz bu səbəblərə görə faydalı hesab olunur


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Bu qaydaların qəbul edilməsi ilə əlaqədar enerji içkiləri yenidən medianın gündəmindədir.
Əslində isə enerji içkiləri müasir dövrün icadı hesab edilsə də, məhz spesifik enerji artırıcı içki kimi istehsal edilən içki 1960-cı ildə Yaponiyada istehsal edilib. Hazırda dünyada ən çox satılan enerji içkiləri brendlərinin sayı 60-dan çoxdur və bəzilərinin illik gəliri milyardlarla ölçülür.
İllərlə istifadə edilməsinə baxmayaraq, enerji içkilərinin təhlükəli olduğunu düşünən istehlakçılar var. Lakin bir şeyi untmaq lazım deyil ki, enerji içkiləri mağazalarda öz yerini rahat formada tuta bilir. Sağlamlığa zərərli heç bir məhsul açıq formada əhaliyə satılmır. Əks halda bunun qarşısını hüquq mühafizə orqanları və qida təhlükəsizliyi ilə bağlı qurumlar alardılar. Lakin bütün istehlak məhsullarında olduğu kimi enerji içkilərini də qədərində içmək lazımdır.
banner125x125 banner125x125