» » Həkimlər: Tünd şokoladın insan sağlamlığı üçün daha faydalıdır

Həkimlər: Tünd şokoladın insan sağlamlığı üçün daha faydalıdır

Müəllif: Səma Zərdablı
//
Tarix: 11 iyul 2019
//
Bölmə: Sosial

Həkimlər: Tünd şokoladın insan sağlamlığı üçün daha faydalıdır


Həkimlər hər gün sağlamlığa zərər vermədən nə qədər şokolad yeməyin mümkün olduğunu müəyyənləşdiriblər.
Qafqazpress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, ekspertlər hər gün tünd şokolad plitəsinin yarısını rahatlıqla yeyə biləcəyimizi düşünürlər.
Eyni zamanda, qeyd olunur ki, şokoladı günün birinci yarısında yemək daha yaxşıdır və onun tərkibində kakao miqdarı azı 50% olmalıdır. Kalori miqdarı baxımından südlü və tünd şokoladların, təxminən, bərabər olduğu vurğulanır. Ekspertlər tərkibində faydalı komponentləri çox olduğuna görə tünd şokoladın insan sağlamlığı üçün daha faydalı olması fikrini irəli sürürlər.
Həkimlərin fikrincə, mədəaltı vəzisində problemli olan şəxslər şokolad yeməməlidirlər.
banner125x125 banner125x125