» » ZİRVƏYƏ GEDƏN YOL…

ZİRVƏYƏ GEDƏN YOL…

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Siyasət
ZİRVƏYƏ GEDƏN YOL…
ZİRVƏYƏ GEDƏN YOL…
ZİRVƏYƏ GEDƏN YOL…
ZİRVƏYƏ GEDƏN YOL…
ZİRVƏYƏ GEDƏN YOL…



Hüseynov Seyran İsmayıl oğlu 1969-cu ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarında xidmət edib. Xidməti başa vurduqdanq sonra bir neçə il Azərbaycanda çalışıb. Nəhayət bir gün uzaq rusiyaya üzə tutub. Ali təhsili də elə rusiyada alıb. Zəhməti bahasına ad-san qazanıb. Hal-hazırda Moskva vilayəti üzrə Ümumrusiya Azərbaycanlılar Konqresinin Dmitrov rayon üzrə sədridir. Çalışdığı firmada millətindən asılı olmayaraq onlarla azərbaycanlı çalışır. Xeyirxah və xeyriyyəçi insandır. Bir çox xeyriyyə işləri yaddaqalan və unudulmaz izlər buraxıbdır. Belə ki, o Dmitrov rayonunun Yaxrama şəhərində və eləcə də rayonun özündə uşaq evlərinə və məktəbə yardımlar etmiş, onlara təmir və avadanlıqla köməklik göstərmişdir. Qürbətdə yaşasa da Azərbaycanın tanınması üçün çalışan ziyalıdır. Bir çox mükafat və diplomlara layiq görülüb. Umumrusiya Azərbaycanlılar Konqresinin medalına, Lomonosov adına Moskva dövlət universitetinin 300 illiyinə həsr olunmuş medala, «Qızıl qələm», «Xalqın nüfuzlu ziyalısı» və bir çox medal və diplomlara layiq görülmüşdür. Onun xeyrixah əməllərini və eləcə də layiq olduğu mükafatları sadalamaqla qurtaran deyil. Dağa qalxmaq çətindir. İnsan nəfəsi bəzən dağ zirvəsinə qalxmaq üçün tükənir, yorulur, ayaqları onu idarə edə bilmir, dizləri əsir. Yorğunluğunu almaq üçün məcbur olub oturur, nəfəsini dərir və geriyə dönməyə qərar verirsən. Geri dönərkən öz-özünə düşünürsən: mənim bu dağın başında nə işim var, qoy o yüksəkliklər elə qartalların olsun. Çünki qartal zirvəni daha asanlıqla fəth edir. Qartal üçün zirvəyə qalxmaq, o zirvədən aşağı enmək adi haldır. Qartalın əbədi məskəni dağ zirvəsidir və o aşağı ehtiyacı üçün enir və yenidən o zirvəyə qalxır. Bəs, insan zirvəni necə fəth edir?.. Azərbaycanlı olmaqları ilə fəxr edən ailə... Haqqında söhbət açacağım insan Azərbaycanlıdır. Sabirabadın Muğangəncəli kəndində doğulan Müşfiq və Seyran Hüseynovlar ataları İsmayıl kişini, anaları Qızbəs xanımı hər zaman namaz üstündə, Allah-Təalaya itaətdə və ibadətdə sabitqədəm görüblər. Ata və analarının mərhəməti, onların el arasında necə nüfuzlu insan olduqlarının şahidi ola-ola böyüyüblər. Valideynləri yaşa dolduqca el ağsaqqalı, el ağbirçəyi olublar. Onların daxil olduğu yerdə insanlar ayağa qalxıb, yer veriblər. Belə tərbiyəni görən övladlar da valideynlərinin yolu ilə getməyə başlayıblar. Müşfiq İsmayıl oğlu Hüseynov ata-ana icazəsi ilə bir gün Moskva şəhərinə üz tutur. Yaşayış yerini Dmitrov şəhəri ilə bağlayır. Az müddət ərzində tikinti üzrə ali məktəbə qəbul olur və həmin sahədə çalışmağa başlayır. Özünü həmyerliləri arasında doğruldan bu gənc oğlan elə o şəhərdə diaspora sədr seçilir. Elmə marağı çox olduğundan başqa ali təhsil almaq qərarına gəlir. Bu dəfə hüquq sahəsini seçir və Moskva ali məktəblərinin birində Hüquq fakültəsinə daxil olur. Ali məktəbi bitirir, tanınmış gənc ziyalı kimi hörmət və izzət sahibi olur. Nəhayət bir gün daha uzaqlara getmək, orada çalışmaq qərarına gəlir. Günün birində Kanada şəhərinə yollanır. Orada da elmə olan həvəs onu rahat buraxmır. İnşaat, hüquq sahələrində aldığı təhsili bir kənara qoyur. Həkimlik qəlbinə yol açır. Kanadada tibb məktəbinə daxil olur, günün birində həkimlik diplomunu böyük sevinclə əlinə alır. Artıq bu onun əsl peşəsinə çevrilir. İnsanların sağlamlığı keşiyində durmaq, onların xəstəliklərinin qayğısına qalmaq üçün həkim andı içir. Aradan illər ötsə də, bu gün onun sorağı uzaq Kanadadan gəlir. Artıq özünün xüsusi klinikası da fəaliyyət göstərir. Müşfiq Azərbaycanlı olmağı ilə fəxr edir. Təbii ki, bu fəxr onun doğmalarını daha çox sevindirir. İsmayıl ata ilə Qızbəs ana Müşfiqin fəxarətli adı ilə fəxr etdilər, bu dünyada daim başlarını dik tutdular. İsmayıl ata ilə Qızbəs ana ikinci oğlu Seyranı da bir gün Rusiya Federasiyasına yola salmışdılar. Seyran zəhmətə qatlaşan, sadə bir insan idi. Və o uzaq Kanadada yaşayan Müşfiqin qardaşı idi. Həm də zirvəni fəth etmiş Müşfiqin qardaşı. Halallıqla o da zirvənin yollarını fəth etməli idi. Bu zirvə bizlərə asan görünsə də, Seyranın özünə böyük zəhmət bahasına başa gəlmişdir. Vətəndən kənarda yaşamaq asan deyil... Vətəndən kənarda yaşamaq uzaqdan baxanların çoxlarına asan gəlir. Elə güman edirlər ki, Rusiyanın hər tərəfinə pul səpilib, çatan gəlib götürür. Əslində bu heç də belə deyil. Rusiyada yaşayanlar bir o qədər də asan yolla çörək qazanmır. Bu yolun çətinlikləri hədsizdir. Ağılın vacibliyi isə əsas meyardır. Ağılla hərəkət etmək, çətinliklərə sinə gəlmək, insandan güclü iradə tələb edir. İradə də gərək möhkəm olsun və səni özünə tabe etməyi bacarsın. Əgər iradə zəif olarsa o zaman istəyinə çatmaq da mümkünsüz olar. Hüseynov Seyran İsmayıl oğlu iradəsinin gücü ilə nəfsinə hər zaman güc gəlməyə çalışıb. Ata-ana xeyir-duası olmadan əlini ağdan qaraya vurmayıb. İsmayıl ata oğluna ancaq xeyir-dua verib, oğlunun ağlına güvənib. Qızbəs ana isə oğlundan ana nəsihətini heç vaxt əskik etməyib. Seyran günləri qovaraq həftələrin, həftələri qovaraq ayların, ayları qovaraq illərin çətinliklərindən keçib. Qardaşı Müşfiqə oxşamağa çalışıb. Onun qoyduğu yolu davam etmək və hörmətli ad qoymaq arzusu ilə yaşayıb. Tez-tez anası ilə məsləhətləşər və onun dediyinə əməl edər. Ana nəsihəti ona günü-gündən uğur qazandırıb. “Dama-dama göl olar” deyib, atalarımız. Oğul var o gölü qurudur, oğul da var o gölün kənarında başqalarına bir ruzi qapısı açır. Seyran “gölün kənarında başqalarına ruzi qapısı açanlar”dan olub. Bir kiçik komanı iki, ikini üç edib. Hərdən dayanaraq zəhmətinin gücünə kənardan tamaşa edib. Bir də baxıb ki, Seyran artıq Hacıdır və “Marsey” firmasının rəhbəridir. Öz-özünə düşünərək deyib: “Böyüklərin xeyir-duasında böyük hikmət var”. Bəli, Qızbəs ana oğluna hər zaman elini-obasını, yaxın qonşularını tapşırıb. Elə onun nəticəsidir ki, ətrafında Azərbaycanın hər tərəfindən - Tərtərdən, Gəncədən, Samuxdan, Sabirabaddan, Salyandan, Ağcabədidən, Bakıdan, Naxçıvandan, Masallıdan, Yardımlıdan və başqa rayonlarımızdan onlarla işçisi var. Hacı Seyran eləcə də Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, Moldovadan və başqa neçə-neçə ölkələrdən gələn insanlara iş, qalmaq üçün yer verib. Zəifə yol göstərmək onu çörəyə çatdırmaq savab işlərdən ən alisidir. Hazırda Hacı Seyran Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti Dmitrov rayon üzrə sədri, “Marsey” firmasının rəhbəri, “Vətən çağırır” qəzetinin bir çox kitablarının məsləhətçi redaktorudur. Həyatının 45-cü baharını yaşamasına baxmayaraq onu hamı el ağsaqqalı kimi tanıyır. Elinə, obasına daim əl tutur, rayon ağsaqqalları tərəfindən həmişə sayılıb seçilir. Keçmişinə və bu gününə şükür edir. Heç vaxt çətinlikdən qorxmayıb. Yoluna hər zaman halallıqla davam edib. Harada Azərbaycan adı çəkilirsə mən də oradayam... Hacı Seyran millətini, xalqını, vətənini çox sevir. Hər zaman deyir ki, Azərbaycan dünya arenasında sözünü deməyi bacaran güclü bir dövlətdir: “Bu dövlətin dünyada tanınmasının səbəbkarı isə ümummilli lider, müstəqillik yolunun carçısı, ulu öndər Heydər Əliyev olmuşdur. Mən daim onun adını uca tuturam. Fəxr edirəm ki, Heydər Əliyev kimi şəxsiyyət Azərbaycan oğlu olub. Bu gün Azərbaycanda güclü quruculuq işləri gedir. Təbii ki, bu işlərin təməlini Heydər Əliyev qoyub və bu gün onun oğlu və hər birimizin hörmət etdiyi Azərbaycan prezidenti İlham Əliyev davam etdirir”. Hacı Seyran deyir ki, ulu öndər Heydər Əliyev diasporun inkişafında da böyük işlər görüb: “Artıq Azərbaycan diasporu bütün dünyada tanınır. Biz çalışırıq ki, hər addımbaşı Azərbaycan adını yüksəklərə qaldıraq. Elə ona görə də qeyri-millətlərə də firmada iş veririk. Onların arasında rus, moldavan, tacik, özbək, tatar və başqa millətlərin adlarını sadalamaq olar. Açığını deyim ki, biz burada azərbaycanlılar arasında heç bir fərq qoymuruq. Harada Azərbaycan adı çəkilirsə, harada azərbaycanlı varsa, mən də oradayam. Harada oluramsa olum, məqsədim, amalım Azərbaycan adını qaldırmaq, dövlətin hüquqlarını müdafiə etməkdir. Ulu öndər Heydər Əliyev adını yüksəltməkdir”. Əlbəttə, xaricə ilk səfərlərindən başlayaraq Azərbaycanın ulu öndəri hər bir ölkədə yaşayan azərbaycanlılarla maraqlanmış, onların nümayəndələri ilə görüşmüşdür. Məlum olmuşdur ki, xaricdə azərbaycanlıların sayı çox olsa da, heç bir yerdə onların mütəşəkkilliyi görünmür. Doğrudur 1990-cı ilin 20 yanvarında sovet qoşunları xalqımıza qarşı təcavüz edərkən azərbaycanlıların bir millət olaraq etirazı dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən ifadə olundu, elə ilk mütəşəkkilliyə də bunu misal göstərmək olar. Lakin bu, bir faciənin insanları birləşdirməsi idi. Ümummilli lideri Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək, onların problemləri ilə maraqlandı, dəyərli tövsiyələrini verdi, səfirliklərimizi bu işə cəlb etdi, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka çağırdı. Bu çağırışa hay verənlərdən bir də Hacı Seyran oldu. Dünya azərbaycanlılarının mənəvi birliyini, əqidə və əməl ortaqlığını, Vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları ümummilli lider Heydər Əliyevin öz konseptual ifadələri tapdı. Bu gün Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər. Onlardan biri də Hacı Seyran Hüseynovdur. Hacı Seyran müstəqil Azərbaycan bütün Dünya azərbaycanlılarının yeganə mərkəzi, mənəvi məbədgahı sayır. “Marsey” firması böyük bir ailədir... “Marsey” firması başqa ticarət mərkəzlərindən ona görə fərqlənir ki, burada çalışanların demək olar ki, çoxu azərbaycanlıdır. Firmanın üstünlüyü də elə ondadır. İnsanlar arasında səmimi münasibət və ədəb-ərkan var. Bura böyük bir ailəni xatırladır. Hamı bir-birinə hörmət edir. Açığını desəm, bura elə bil bir məktəbdir və bu məktəbdən pis tələbə çıxmır. Hacı Seyran firmanın uğurlarından söhbət açmadı. “Marsey” İdman Klubu və “Marsey” Ansamblı haqqında yazmaq mənim payıma düşdü. Moskvanın Dmitrov rayonunun Yaxrama şəhərində “Marsey” firmasının eyniadlı ansamblı artıq hamı tərəfindən tanınır. Ötən ilin yayında Moskva şəhərinin Mıtışi rayonunda keçirilən musiqi festivalında ansambl qeyri-millətləri heyran edib. Festivalda dayanmaq bilməyən alqışlar ansamblı yenidən meydana qayıtmağa məcbur etmişdi. Hər kəs üçün maraqlı olan “Naz eləmə” rəqsi tamaşaçılar tərəfindən mobil telefonlarına çəkilmişdir. Bir çox festivallardan ansambl diplomlarla qayıdıb. 2013-cü ilin 2 fevralında Ümumrusiya Azərbaycanlılar Konqresinin Dmitrov şəhərində möhtəşəm festivalı keçirildi. Festivalın təşkilatçısı isə “Marsey” firmasının direktoru Hacı Seyran idi. Tədbirdə Konqresin fəallarından olan Hacı Rövşən və Azərbaycandan gələn idmançılar da iştirak edirdilər. Yüksək səviyyədə keçirilən festival hər kəsin qəlbində maraqlı iz buraxdı. Fevralın 2-də Sinkovda keçirilən festival bir daha özünü göstərdi. Belə ki, “Marsey”in rəhbəri Hacı Seyran Azərbaycandan gələn 16 idmançını layiqincə qarşılayaraq bütün maliyyə xərcini də öz üzərinə götürdü. Onlara göstərilən qayğı idmançıları qələbəyə ruhlandırdı. Festivalın açılışında Rusiya və Azərbaycan himni səsləndi. “Araz” İdman Klubunun prezidenti çox mübarizəli idman döyüş növləri üzrə Dünya və Avropa çempionu Siyavuş Bayramov, dünya və üçqat Avropa çempionu Sabir Süleyman, ömrünün 40 ildən çoxunu idmana sərf edən Zülfüqar Nəcəfov bir daha yetirmələrinin sevincli anlarını yaşadılar və Azərbaycan bayrağını bir daha Rusiya Federasiyasında qaldırdılar. Yarışda iştirak edən bütün idmançılar yaşından və çəkisindən asılı olmayaraq üzərində “Marsey” yazılan idman köynəklərində döşəkçəyə çıxdılar. İdmançılar fəxri fərmanlarla təltif olundular. Xeyirxah həmyerlimiz festivaldan sonra böyük ziyafət süfrəsi açaraq o günü ikiqat bayram etdi. Ertəsi gün idmançılarımız Yaxramanı gəzməyə çıxdılar və xatirə şəkilləri çəkdirdilər. Onlar vətənə qayıdarkən qeyd etdilər ki, çox yarışlarda olsalar da, bu günə qədər belə səviyyədə qarşılanmayıblar. “Marsey” komandası Moskvada və Rusiyanın başqa şəhərlərində, eləcə də Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq miqyaslı yarışlarda xeyli sayda qızıl və bürünc medalların sahibidir. Komanda artı 3 ildir fəaliyyət göstərir. Bu müddət ərzində 7 Rusiya çempionu, 3 Avropa çempionu adına layiq görülüb. Ümumiyyətlə, komandada gümüş və bürünc medal alanların sayı daha çoxdur. Klubunun “BUDO” döyüş növləri komandasının məşqçisi beynəlxalq idman ustası, 5-ci Dan qara kəmər ustası Əhməd Rüstəmovdur. Bəli, idman nə kitabdır, nə də dəftər. İdman insanın qol gücündə, iradəsində, cəsarətində, mərdliyindədir. Unutmamalıyıq ki, idmançılarımız ən böyük idman yarışlarında cəsarətlə Azərbaycanı təmsil edirlər. Onlar Azərbaycan bayrağını şərəflə qaldırır və Azərbaycan himnini hər yerdə səsləndirirlər. Bu bizim xalqın böyük uğurudur. Onlar eyni zamanda qollarının gücü ilə hər kəsə sübut edirlər ki, biz Azərbaycan oğulları qolu qüvvətliyik. Qolumuzun gücünə hər kəsi ram edə bilirik. Məmmədov Zeynalabdin Niyazəli oğlu, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dünyaya gəlib. 1976-cı ildən Bakı şəhərində yaşayır. Uzun illər Bakı Baş Tikinti Təmir idarəsində çalışıb. Bu müddət ərzində bir çox tikililərdə işləyib. Ailəlidir iki oğlu var. İnsan bir ömür yaşayır, sabah qarşısına qəfil hansısa gözlənilməz bir hadisənin çıxacağını bilmir. Bəzən görürsən ki, ağlına gəlməyən bir hadisə ilə qarşılaşırsan. Mənim həyatım Naxçıvandan başlayıb, Bakıda davam edib. Bakıda gəncliyimi yaşamışam. O illər həyatımın ən şirin günləri olub. Ailə qurub iki övlad tərbiyələndirmişəm. Bir də başımı qaldırıb görmüşəm ki, oğlanlarım boyüm bərabərinə çatıblar. Onlar da ali təhsil alıblar. Gənclik özü bəzən hər şeyi həll edir. Bir də baxırsan ki, ömür yarıdan ötüb. Artıq oğul evldəndirib gəlin gətirmək keçir könüldən Bir gün oğlumu evləndirmək istədik. Bəlkə sevgilisi olar deyə anası ondan söz çəkmək istədi. Məlum oldu ki, Sabirabaddan olan bir tələbə qızı sevir. Ailəmizdə hər kəs onun senvgisinə hörmətlə yanaşdıq. İnanırdıq ki, oğlumuz ailəmizə layiq qız seçər. Nəhayət bir gün böyük sevinclə oğlumun sevdiyi qızın evinə elçi düşdük. Sevincimizin həddi hüdudu yox idi. Heç ağlıma gəlməzdi ki, elçilik etdiyim qızın atası mənim bir vaxtlar ən çox hörmət etdiyim, duz-çörək kəsdiyim, hətta dostluq etdiyim Məmmədin qızı olacaq. Tanışlıq zamanı hər ikimiz çaşbaş qaldıq. Məmmədi orada görməyim, hətta oğlumun qaynatası olacağı ağlıma belə gəlməzdi. O gündən biz Məmmədlə qohum olduq. Qohumluğumuz şirin qohumluq oldu. Məmmədin qohum əqrəbaları ilə tanışlığımız başladı. Mən orada Hacı Seyranla tanış oldum. Onun necə gözəl insan olduğunun şahidi oldum. Məmmədlə bərabər onun bütün qohumları bizim ailənin bir üzvü oldu. Bir neçə dəfə Moskvaya gəldim. Hacı hər gəlişimdə məni xoş qarşılayıb, adına layiq yola saldı. Nəhayət bir gün o məni öz firmasında tikintidə rəhbər işləmək üçün dəvət etdi. Sözünü yerə salmadım. Hər dəfə Hacının yanına gələndə qonaq kimi gəlmişdim. Artıq bu dəfəki gəlişim əvvəlkilərdən fərqli idi. «MARSEY»-in gördüyü işləri görəndə çox sevindim. Onun Yaxramada qurub yaratdıqları ürəyimi açdım. Mənə həvalə olan işlərin öhdəsindən gəlməyə çalışdım. Hacı Seyranda nöqsan tapmaq çətindir. O, özünü kollektiv içərisində elə doğruldubdur ki, baxanda bir millət kimi fəxr edirsən. Sadə və təmkinlidir. Ən çətin məqamları da təmkinlə həll etməyə çalışır. Adi bir misal çəkmək istəyirəm. Bir gün firmada yanğın baş verdi. Səs-küydən qulaq tutulurdu. Səsə Hacı da gəldi. Onun gəlişi uşaqları daha da qorxutdu. Hacı təmkinlə uşaqlara yaxınlaşdı və qorxu və həyəcan içərisində olan uşaqlara təsəlli verdi. Onun təsəllisi elə bil uşaqların qoluna qüvvət verdi. Ətraf tüstüyə boyanmışdı. Bir neçə dəqiqədən sonra yanğının qarşısı alındı. Hamı həyəcanlı idi. Hacı mənə yaxınlaşdı. Yanğının nədən başvermə səbəblərini soruşdu. Qısaqapanmadan baş verdiyini bildirdim. Bircə kəlmə bu sözü dedi: - Zeynal qardaş diqqətli olun. Çalışın belə hallar olmasın. Mən onun necə şəxsiyyət olduğunun bir daha şahidi oldum. Bir də onu demək istəyirəm ki, Allah Hacını çox sevir. Onu sevdiyi üçün də möcüzə yaratdı. Ətrafında yüz nəfərdən çox insan işləyir. Bu qədər insanı yola vermək, onların xasiyyətinə uyğunlaşmaq asan deyil. Qohumluğun öz yeri var. Amma iş insan üçün böyük məsuliyyət tələb edir. Hacı mənə inandığı üçün də ən məsuliyyətli işi mənə həvalə edib. Onda belə bir xüsusiyyət də var. İş zamanı işçilər arasında fərq qoymur. Hər kəsə eyni gözlə baxır. Elə fərq qoymamağının da səbəbi firmada inkişafın, birliyin sürətlə irəliləməsinə gətirib çıxarır. Buranın qışı çox sərt keçir. Qarlı və şaxtalı keçən qış ayı isti Azərbaycandan gələn uşaqları heç qorxutmur. Əksinə onlar soyuqda da, istidə də «MARSEY»-in istisində qızınırlar. «MARSEY» isti ocaqdır. Bu ocağın istisinə çox insanlar toplaşır. Bu ocağın isti tonqalı Yaxramada dillər əzbəri olubdur. Təbii ki, bütün bunlar Hacı Seyranın uğuru, Azərbaycanın isə başucalığıdır. Hər birimiz millətin xeyrinə çalışan insanlarla fəxr etməliyik. Onların zəhmətini qiymətləndirməyi bacarmalıyıq. Əhmədov Bəkir Məmməd oğlu Salyan rayonunun Qarabağlı kəndi:- Çoxları kimi mən də bir vaxtlar Moskvanın «Çerkez» bazarına işləməyə gəlmihşdim. Çətinliklə də olsa orada artıq özümə kiçik biznes qurmuşdum. Ailəmi dolandırırdım. Pis də dolanmırdıq, hamı kimi Allaha şükür edib yaşayırdıq. Bir gün qəfil xəbər hər kəsi şoka saldı. Bazara gəldik və bizi bazara buraxmadılar. Dedilər ki, bazar bağlanır. Bu xəbər hamımızı çox məyus etdi. Başa gələn çəkilməli idi. Hamı kimi mən də bazarın açılmasını gözlədim. Amma heç bir xoş xəbər olmadı. Bir neçə gündən sonra dedilər ki, bazar birdəfəlik bağlanır. Bvazarın bağlanması tiəbii ki, hər kəs üçün böyük fəlakət idi. Varımızı-yoxumuzu, olan sərmayəmizi bu bazarda qoymuşduq. Birdən-birə bazarın bağlanma xəbəri ağır zərbə oldu. Çarəsiz bir neçə həftə gözlədik. Əlimtizdə olanı da xərcləyib qurtardıq. Məlum məsələdir ki, Moskvapda yaşamaq çox çətindir. Ev pulu, ailə problemi və s. Nəhayət bir gün imkan verdilər ki, gəlib bazardan mallarınızı çıxara bilərsiniz. Ümidim Hacı Seyrana gəldi. Ona zəng etdim, başıma gələnləri danışdım. Məni təmkinlə dinlədi, sonra sakit-sakit dedi: - Sən heç fikir etmə. İndii maşın göndərərəm mallarını bazardan çıxararsan. Bu kömək mənim üçün gözlənilməz idi. Sevindim. O gün bazardan mallarımı çıxartdım və Hacının yanına gəldim. Hacı mənə mallarımı satmaq üçün yer verdi. Lakin mən onun bu təklifini qəbul etmədim. Xahiş etdim ki, mallarımın alış qiymətini hesablayıb götürsün və mənim pulumu versin. Əslində mən bu sözü ona deyəndə güman etməzdim ki, o mənimlə razılaşar çünki ticarət elə şeydir ki, hər kəsi razı salmaq olmur. Hacının böyüklüyü onda idi ki, mənimlə razılaşdı. Pulumu verdi və dedi: - Gedib Azərbaycanda nə iş görəcəksən. Qal burada işlə. Artıq ürəyim vətənə dönmək istəyirdi. Halallaşıb Azərbaycana döndüm. Qarabağlı kəndində özümə bir balaca mağaza açdım. Orada işləyirdim. Amma Moskvada qazandığım qazancı əldə edə bilmsirdim. Bir gün Hacı Seyran mənə zəng vurdu hal-əhval tutduq. Sonra o məni Moskvaya öz firmasına işləməyə dəvət etdi. Bu çağırışa biganə qalmadım. Artıq Hacının mərdliyinin şahidi olmuşdum. Çətin məqamda mənim qolumdan tutub qaldırmışdı. Elə ona görə də mərd çağırışına təkrar Moskvaya qayıtdım. Açığını deyim ki, Azərbaycanda olduğum müddətdə heç nəyə nail olmamışdım. Moskvaya qayıdanda böyük ümidlə qayıdırdım. Arzularım çox idi. Bacım oğluna ev tikmək, onu evləndirmək niyyətim var idi. Arzu dolu niyyətlə Hacı Seyranın yanına gəldim. O mənə böyük bir otdel verdi və dedi: istəklərinə nail olmaq üçün işləmək lazımdır. Bir neçə gündən sonra bacım oğlunu da yanımdı işləmək üçün gətizdirdim. İşimdə özümü doğrultduğum üçün artıq ikinci bir otdeli də mənə həvalə etdi. Halallıq olan yerdə xeyir-bərəkət də olur. Mən istədiyimə çatdım. Bacım oğlunu ev tikdim və onu evləndirdim. Əlbəttə Hacının böyüklüyü sayəsində illərlə ürəyimdə saxladığım arzularım gerçəkləşdi. Hal-hazırda elə həmin otdelləri işlədirəm. Eyni zamanda bir ağsaqqal kimi mağazada gənclərə də nəzarət edirəm. Bu dünyada çox insanlar gördüm. Amma Hacı kimisini görmədim. Onun sadə davranışı, insanlara olan qayğısı çəkisindən tonlarla ağırdır. Mən Hacıya işlərində uğurlar arzulayıram. Allah onu heç vaxt böyüklükdən əskik etməsin.
Gülsüm ADİLQIZI
Moskva
“Vətən çağırır” qəzetini baş redaktoru



QafqazPRESS.az
banner125x125 banner125x125