» » Bakının atmosferində tozun miqdarı normadan çoxdur

Bakının atmosferində tozun miqdarı normadan çoxdur

Müəllif: Sevinc Novruzova
//
Tarix: 23 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
Bakının atmosferində tozun miqdarı normadan çoxdur


Son günlər ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti nəticəsində Bakının atmosfer havasında tozun miqdarı normadan 1.2-1,6 dəfə çoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mərkəz rəisi Elcan Yuniszadə APA-ya açıqlamasında deyib ki, paytaxtın 9 məntəqəsində atmosfer havasının yoxlanılması ilə bağlı gündəlik olaraq 3 dəfə monitorinqlər keçirilir. Onun sözlərinə görə, son günlərdə paytaxtda tozun miqdarı normadan artıqdır:

“Bakıda havada tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır. Amma bu gün bu göstərici normadan artıqdır və atmosferdə tozun miqdarı 1,2-1,6 dəfə çoxdur. Tozun miqdarının artıq olması küləkli havalarda daha çox özünü büruzə verir. Şəhərdə tikinti-abadlıq, müəyyən təmir işləri aparılır ki, bu da küləkli havada tozlanmaya səbəb olur. Hazırda paytaxtda şimal-qərb küləyinin əsməsi toz qatının artmasına daha çox təsir edir”.



QafqazPRESS.az
banner125x125 banner125x125