» » Məmurun həbsdə olan "avtoş" oğlu azadlığa çıxır

Məmurun həbsdə olan "avtoş" oğlu azadlığa çıxır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Təhsil / Sosial
Məmurun həbsdə olan "avtoş" oğlu azadlığa çıxır


Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən məmur oğlu sabah azadlığa çıxacaq. Zığ şossesində avtoxuliqanlıq edən və buna görə cəzalandırılaraq 20 sutka azadlıqdan mərhum edilən polis əməkdaşı Tural Həsənov sabah - mayın 8-də sərbəst buraxılacaq. Belə ki, aprelin 18-də həbs edilmiş T.Həsənova verilən 20 sutkalıq həbs cəzası sabah başa çatır.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, T.Həsənovun həbs müddəti uzadılmayacaq və o, sabah sərbəst buraxılacaq. Onunla birgə tutulan dostu Rahib Abdulbağırov isə artıq azadlıqdadır. Ona verilən 15 sutkalıq həbs cəzası mayın 3-də başa çatıb.

Xatırladaq ki, Tural Həsənov Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun oğludur. Ə.Həsənov oğlunun həbsindən bir gün sonra - aprelin 19-da tutduğu vəzifədən azad edilib. Buna idarə rəisinin övladının ictimai yerdə qaydaları kobudcasına pozması, qanunlara hörmət etməməməsi səbəb olmuşdu. Xatırladaq ki, hadisədən dərhal sonra T.Həsənov özü də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olunmuşdu.

Qeyd edək ki, T.Həsənov və dostu “BMW X6” və “Lada Priero” avtomobilləri ilə Zığ şosesində avtoxuliqanlıq etdiklərinə görə cəzalandırılıblar.



QafqazPRESS.az
banner125x125 banner125x125