» » Nəticələr açıqlandı - 141 baldan çox yığan yoxdur

Nəticələr açıqlandı - 141 baldan çox yığan yoxdur

Müəllif: Sevinc Novruzova
//
Tarix: 27 may 2014
//
Bölmə: Təhsil / Sosial
Nəticələr açıqlandı - 141 baldan çox yığan yoxdur



Magisraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, TQDK tərəfindən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına mayın 25-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri bəlli olub.

Bakalavrlar ikinci mərhələdə onlara təqdim olunmuş test tapşırıqlarının (bəzi proqramlar üzrə isə yazılı imtahanın) nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

2014-cü ildə magistratura səviyyəsinə qəbul 59 proqram üzrə aparılır və 6565 plan yeri ayrılıb.

İmtahanda iştirak etmək hüququ olan 10160 bakalavrdan 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 1 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak edən 9809 bakalavrdan 7504 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 141 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 29-dan iyunun 1-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da mayın 29-da və 30-da Apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.




QafqazPRESS.az
banner125x125 banner125x125