Ötən il 42 üçəm doğulub
Azərbaycanda ötən il ərzində 172 min 671 uşaq dünyaya gəlib.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bunlardan 92 min 574-ü oğlan uşaqları, 80 min 097-i isə qız uşaqları olub. Ötən il doğulan uşaqlar arasında oğlanların sayı hər min nəfərə 20, qız uşaqlarının sayı isə hər min nəfərə 18,6-dır.
2013-cü il ərzində ölkə üzrə 2 min 270 əkiz uşaq doğulub. Üçəm doğulanların sayı isə 42-dir.
Ötən il ərzində 54 min 383 insan dünyasını dəyişib. Bu göstəriciyə əsasən ölüm halı hər minəfərə görə 5,8-dir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR